BİZNES

Xarici ticarət dövriyyəsinin müsbət saldosu 7 dəfə azalıb
17 OKTYABR
420

Xarici ticarət dövriyyəsinin müsbət saldosu 7 dəfə azalıb

2016-10-17 16:51:00

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 22,64% azalaraq 2016-cı ilin yanvar-sentyabr ayları ərzində 12 742 682,77 min ABŞ dolları təşkil edib.

Bu müddətdə idxal əməliyyatlarının həcmi 5,98% azalaraq 6 201 463,08 min dollar, ixrac əməliyyatlarının həcmi 33,81% azalaraq 6 541 219,69 min dollara enib.

Beləliklə, ticarət dövriyyəsinin müsbət saldosu 6,5 dəfə azalaraq 339 756,61 min dollar təşkil edib.

Cari ilin ilk 9 ayı ərzində ölkəyə 6 996 çeşiddə mal idxal olunub. Bu müddətdə ölkədən ixrac çeşidi isə 2 511 ədəd olub.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272