BİZNES

Xalq SOCAR-a 100 milyon dollarını etibar etdi
14 OKTYABR
1143

Xalq SOCAR-a 100 milyon dollarını etibar etdi

2016-10-14 18:44:00

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının yerləşdirilməsi başa çatıb.

Fins.az-ın Bakı Fond Birjasına istinadən xəbər verir ki, hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan 100 min ədəd istiqraz investorlara satılıb. SOCAR satış qarşılığında 100 milyon dollar cəlb edib.

Dünə Bakı Fond Birjasında hər birinin nominal dəyəri 1 000  ABŞ dolları olan 100 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz adlı SOCAR istiqrazlarının yerləşdirilməsinə başlanmışdı.

SOCAR istiqrazlarına abunə yazılışına 20 Sentyabr 2016-cı il tarixində başlanmış, 10 Oktyabr 2016-cı il tarixində başa çatmışdı.

Yerləşdirmə zamanı istiqrazlar abunə yazılışları arasında bölüşdürülmüşdür. Yerləşdirmə prosesində fiziki şəxslər (əhali) daha çox üstünlüyə malik olublar.

17 OKTYABRINDAN TƏKRAR BAZARI BAŞLAYIR

Gələn həftənin Bazar ertəsindən isə SOCAR istiqrazlarının təkrara bazarı başlayacaqdır. İstiqraz sahibləri təkrar bazarda istiqrazını sata, istiqrazı olmayanlar isə ala bilərlər. İstiqrazın ilkin yerləşdirilməsi zamanı ancaq Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslər və Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxslər əldə edə bilərdi. İstiqrazların təkrar bazarda tədavülündə məhdudiyyətlər nəzərdə tutulmamışdır.

İKİQAT TƏLƏB

Dəyəri 100 mln. dollar təşkil edən SOCAR istiqrazlarının buraxılışı qarşılığında ümumilikdə 203 milyon 604 min dollarlıq sifariş toplanıb. Bölüşdürmə əməliyyatında üstünlük emissiya prospektində yazıldığı kimi, fiziki şəxslərə (vətəndaşlara) veriləcək, sonra isə hüquqi şəxslərin tələbləri qarşılanacaq.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275