BİZNES

Bu sahibkarlar dövlət rüsumu ödəməyəcək
14 OKTYABR
881

Bu sahibkarlar dövlət rüsumu ödəməyəcək

2016-10-14 14:40:00

İnvestisiya layihələrini "Tik - idarə et - təhvil ver" modelinə uyğun həyata keçirən investorlar dövlət rüsumu ödəməyəcək.

Milli Məclisin plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, bu, "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində nəzərdə tutulub.

Sözügedən qanuna təklif olunan 3.3-cü maddəyə əsasən, investisiya layihələrini "Tik - idarə et - təhvil ver" modelinə uyğun həyata keçirən investorlar "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" qanuna əsasən həyata keçirdikləri fəaliyyətlə bağlı dövlət rüsumlarını ödəməkdən azaddırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275