BİZNES

Azərbaycanda pivə sərbəst satılacaq
14 OKTYABR
431

Azərbaycanda pivə sərbəst satılacaq

2016-10-14 14:23:00

Azərbaycanda aksiz markası ilə markalanmalı olan məhsulların alqı-satqısı qaydaları dəyişib.

Bu, bu gün Milli Məclisin plenar iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, tütünlə bərabər pivənin də pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nağd qaydada az miqdarda satılması, habelə məhsulların satış məqsədi ilə az miqdarda alınmasına 100 manat məbləğində cərimə tətbiq ediləcək.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272