BİZNES

«Excelsior Hotel»də keyfiyyətin idarəedilməsi üzrə təlim keçiriləcək
13 OKTYABR
201

«Excelsior Hotel»də keyfiyyətin idarəedilməsi üzrə təlim keçiriləcək

2016-10-13 16:25:00

Noyabrın 7-də  ali məktəb tələbələri üçün “Biznes fəaliyyətində keyfiyyətin idarəedilməsi” mövzusunda təlim keçiriləcək. Fins.az xəbər verir ki, «Excelsior Hotel & Spa Baku»otelinin təşkilatçılığı ilə keçirilən təlimi «AtaHolding» Şirkətlər Qrupunun müvafiq bölmələrinin mütəxəssisləri: Keyfiyyət şöbəsinin rəisi Elməddin Hüseynov və  «Excelsior Hotel & Spa Baku» otelinin  nümayəndəsi Kamran Rzayev aparacaq. 

Təlim  tələbələrə biznesin bu mühüm sahəsində yeni biliklər əldə etməyə imkan verəcək. Çünki, məlum olduğu kimi, keyfiyyətli xidmətlər hər bir şirkətin rəqabət qabiliyyətliliyinin təminatıdır. Təlimdə dayanıqlı inkişaf, rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, keyfiyyətin idarəedilməsi sisteminin qurulması və xidmətlərin keyfiyyəti üzrə personalın siyasəti ilə bağlı məsələlərə toxunulacaq.

Təlimdə iştirak etmək arzusunda olan tələbələr dzamanova@ataholding.az ünvanına müraciət edə bilər. İştirakçıların qeydiyyatı 28.10.2016-cı ilə qədərdir.

“Excelsior Hotel & Spa Baku”oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. Oteldə 1 "İmperial" kral otaq, 2 "Royal" suit otaq, 4 "Crown" suit otaq, 45 "Heritage" lüks otaq və 9 "Duke" standart otaq, həmçinin, konfrans zalları, biznes mərkəzi, restoran və barlar, şəhərin ən gözəl,  böyük Spa və sağlamlıq mərkəzi var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272