BİZNES

Mənsimovun şirkəti TOP 10-DA
11 OKTYABR
566

Mənsimovun şirkəti TOP 10-DA

2016-10-11 14:50:00

"Clarksons" analitik şirkətinin hazırladığı tanker donanması gəmi sahiblərinin reytinqində azərbaycanlı iş adamı Mübariz Mənsimovun prezident olduğu "Palmali Şirkətlər Qrupu" ilk onluğa düşə bilib.

Fins.az-ın verdiyi xəbərə görə, Mənsimovun şirkəti 70 gəmi ilə 7-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, reytinqdə liderliyi Mitsui O.S.K ələ alıb. Onun donanmasında 151 gəmi var.

İkinci yerdə "Teekay Corporation" dayanıb. Şirkətin 108 gəmisi var. "Ocean Tankers" 3-cü yerdə lövbər salıb. Donanması 107 gəmidən ibarətdir.

Növbəti yerlər isə 84 gəmidən başlayaraq, digər şirkətlərə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274