BİZNES

PwC Azərbaycanda yeni partnyorlar
10 OKTYABR
390

PwC Azərbaycanda yeni partnyorlar

2016-10-10 15:49:00

PwC Azərbaycan Vergi və Hüquq Praktikasına Maykl Aher-in Məsləhət Xidmətləri Praktikasına isə Emin Şıxqayıbovun partnyor vəzifəsinə təyin edilməsini elan edir. PwC Azərbaycanın Ölkə üzrə İadrəedici Partnyoru Movlan Paşayev öz vəzifəsində şirkətə rəhbərlik etməklə davam edəcək və şirkətin qlobal və regional strategiyasını icra edib seçilmiş müştərilər ilə daha yaxından işləyəcək. Petko Dimitrov Audit Praktikasının rəhbəri vəzifəsini icra etməkdə davam edəcək.

Maykl Ahern Mərkəzi-Şərqi Avropa və Afrikada müxtəlif vəzifələrdə çalışmışdır. Son dövrlərdə o Qazağıstan və Avrasiyada Vergi və Hüquq Praktikasına rəhbərlik etmişdir.Maliyyə idarəetməsi və konsalting sahəsində 15 ildən artıq təcrübəsi olan Emin Şıxqayıbov neft  və qaz sənayəsində bir sıra aparıcı layihələrə rəhbərlik edib.

Bu təyinatlar ilə PwC Azərbaycanda audit vergi hüquq və məsləhət xidmətlərinə rəhbərlik edən partnyorların sayı dördə çatıb. Bu şirkətin 1995 ci ildən bu yana davamlı olaraq Azərbaycana verdiyi töhfəsini və öz müştərilərinə təklif etdiyi xidmətləri genişləndirdiyini təcəssüm etdirir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271