BİZNES

Milli brendimizin qarşısındakı sədd - Qeyri-azad rəqabət
10 OKTYABR
522

Milli brendimizin qarşısındakı sədd - Qeyri-azad rəqabət

2016-10-10 13:03:00
Bir neçə gün əvvəl prezident “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Nədir ölkə brendləşməsi? Mövcud dünya təcrübəsi nə deyir: ölkənin milli brendini tanıtmaq üçün hansı addımların atılmasına ehtiyac var?
Bbu yazıda məhz qeyd olunan suallara aydınlıq gətirməyə çalışacağıq. Ölkə brendləşməsi – sadə dillə desək, hər bir ölkənin dünyada tutduğu inkişaf yoluna uyğun imicini formalaşdırmasıdır. Bu, ölkələrə ilk növbədə öz iqtisadiyyatını inkişaf etdirmək, xarici investisiyaları təşviq etmək, rəqabət qabiliyyətini artırmaq üçün çox vacibdir. Brendləşmə həm də ölkə haqqında dünyada olan mənfi stereotipləri aradan qaldırmağı zəruri edir: haqqında tez-tez mənfi rəylər eşidilən ölkənin turist, investisiya cəlb etmək, öz məhsulunu satmaq kimi ciddi problemləri qaçılmaz olur. Bu isə brendləşmə qarşısındakı ən böyük problemlərdən biridir.
Yalnız ada xərclənən pul...
Dünya təcrübəsi göstərir ki, insanlarda ölkə adının doğurduğu assosiasiyanın xarakterinə həmin ölkənin brend məhsulları, o məhsulların dünyadakı imici böyük təsir göstərir. İnsanlar məhşur brendlərin az keyfiyyətli məhsuluna belə adına görə böyük pullar sərf edə bilirlər. Məsələn, hamı çalışır ki, Yaponiya istehsalı olan elektronika, Fransa istehsalı olan kosmetika, İsveç istehsalı olan saat, Almaniya istehsallı avtomobil alsın. Buna görə də məşhur brendlərin mənsub olduqları ölkələrin ölkə brendi də dünyada ən bahalı brendlər sırasında dayanır.
Mənbə: Qafqazinfo
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274