BİZNES

Fermerlərə subsidiyalar elektron qaydada veriləcək-YENİLİK
07 OKTYABR
352

Fermerlərə subsidiyalar elektron qaydada veriləcək-YENİLİK

2016-10-07 19:36:00

Bu gün oktyabrın 7-də Kənd Təsərrüfatı Nazirliyində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) həsr edilmiş təqdimat keçirilib. Nazirlikdən fins.az-a verilən xəbərə görə, təqdimatda EKTİS çərçivəsində görülən işlər, sistemin komponentləri, ona daxil olan altsistemlər, başa çatdırılmış layihə və mərhələlər barədə məlumat verilib.

Daha sonra “Subsidiya və Siyasətə dair İnformasiya Sistemi” təqdim edilib. Sistemin Quba rayonunda sınaqdan keçirildiyi və işlək vəziyyətdə olduğu bildirilib.

Qeyd edilib ki, layihə kənd təsərrüfatı sahəsində məlumatların toplanması və subsidiyaların verilməsini elektron xidmətə keçirmək yolunda atılan ilk praktiki addımdır. İyul-sentyabr aylarında Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurum əməkdaşlarına beynəlxalq mütəxəssislər təlimlər veriblər və həmin əməkdaşlar qubalı fermerləri, torpaq sahələrini qeydiyyata alıb və müraciətlərə baxaraq, subsidiya ödənişlərinin edilməsi sxemini müəyyənləşdiriblər.

Quba rayonun kənd təsərrüfatı, torpaq sistemi və fermerləri haqqında müfəssəl bilik toplanmasına xidmət edən layihənin daha da təkmilləşdirilərək, ölkənin digər regionlarında da tətbiqi barədə fikirlər səsləndirilib.

Kənd təsərrüfatı naziri Heydər Əsədov görülmüş işləri təhlil edərək, qeydiyyat sisteminin müfəssəl tərtibi, dolğun məlumat bazasının hazırlanması, sistemin işləməsi üçün lazım olan mühüm istiqamətlərin daha dəqiq müəyyənləşdirilməsi üçün tövsiyələr verib.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274