BİZNES

Bu şirkətlər vakansiyalarını açıqladı – SİYAHI
07 OKTYABR
7963

Bu şirkətlər vakansiyalarını açıqladı – SİYAHI

2016-10-07 17:00:00

Bu gün işə başlayan Beynəlxalq Təhsil və Karyera sərgisində Azərbaycanın 4 şirkəti  gənclər üçün yeni vakansiyalarını açıqlayıb. Fins.az xəbər verir ki, sərgidə təm sil olanan SOCAR, SOCAR AQŞ, “Gilan holdinq” kimi aparıcı şirkətlər boş iş yerləri ilə yanaşı tələbələrə və yeni məzun olan gənclərə ixtisas kursları təklif edirlər.

Gənclər öz istəklərinə uyğun olaraq həmin təlim mərkəzlərində ilk peşə və ya ixtisasartırma kurslarına daxil ola bilərlər. Kursları bitirdikdən sonra onların bir qismi uyğun vakansiyalara yerləşdiriləcək.

Hələlik isə şirkətlər mövcud vakansiyalarını açıqlayıblar. Bi sırada “Baku Sea Port” şirkəti daha çox vakansiya təqdim edib. Sərgidə vakansiyalara müraciət edən gənclər yerindəcə CV təqdim edib qeydiyyatdan keçə biliblər.

Şirkət təmsilçiləri sərgi bitdikdən sonra  həmin CV-lərin araşdırılacağını, ixtisaslara uyğun olan namizədlərin işə dəvət ediləcəyini bildiriblər. Ancaq əmək haqları barədə məlumatlar açıqlanmayıb.

Fins.az həmin vakansiyaların siyahısını sizə təqdim edir.

“Gilan Holdinq”

Maliyyə sektoru üzrə:

– Mühasib

– Monitorinq üzrə mütəxəssis

– Maliyyə mütəxəssisi

– Daxili audit

– Büdcə və hesabatlar üzrə mütəxəssis

– Maliyyə riskləri üzrə mütəxəssis

Xidmət sahəsi üzrə:     

– aşbaz,

– sürücü,

– xadimə,

– mühafizəçi,

– qeydiyyatçı

Sığorta sahəsi:

– qəza komissarı,

– motokuryer

Kənd təsərrüfatı sahəsi:

– aqronom,

– hüquqşünas,

– insan resusrsları mütəxəssisi,

– satınalma mütəxəssisi

Tikinti sahəsi: 

– layihə rəhbəri,

– təchizatçı, ekspeditor,                                             

– keyfiyyət üzrə auditor,

– satınalma mütəxəssisi

“Azərsun Holdinq”

– Reportinq analyst

– Dizayner

– Avtoçilingər

– Prosesə Nəzarət İnspektoru

– Dezinfektor (PEST kontrol)

– Laboratoriya inspektoru (Xaçmaz)

– Elektrikçi (Sənqaçal)

– Avtomatika mütəxəssisi

– Aqronom

– Müştəri xidmətləri koordinatoru (tibbi sığorta)

“KATV1” şirkəti də öz vakansiyalarını sərgi iştirakçılarına açıqlayıb. Burada əsasən texniki işçilər tələb olunur.

– Zəng operatoru

– Aparıcı (vicey)

– Texniki işçilər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272