BİZNES

"Azərsun" nar və bal biznesinə başlayır
07 OKTYABR
659

"Azərsun" nar və bal biznesinə başlayır

2016-10-07 16:27:00

Azərsun Holdinq Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsinə təkan verəcək.  Fins.az-ın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında holdinqin rəhbəri Abdolbari Goozal bildirib. Onun sözlərinə görə, şirkət nar biznesinə və bal istehsalına diqqəti artıracaq: "Made in Azerbaijan layihəsi çərçivəsində nar şirəsi brendi yaratmağı planlaşdırırıq. Biz narçılığın inkişafına diqqət ayıracağıq",- deyə iş adamı bildirib. Onun sözlərinə görə, hazırda bununla bağlı  nar bağlarının salınmasına başlanılıb.

A.Gözəl bununla yanaşı, yerli bal istehsalına diqqət yetiriləcəyini deyib: “Xeyli arıçı bizə müraciət edərək  yerli bal istehsalı müəssisəsinin olmasını istəyirlər. Ona görə də bal istehsalı mərkəzi yaratmağı planlaşdırır. Mərkəz  arıçılığının geniş yayıldığı dağlıq bölgələrdə yaradıla bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272