BİZNES

Monopolist ittihamlarına Abdulbari Gözəldən – CAVAB
07 OKTYABR
1055

Monopolist ittihamlarına Abdulbari Gözəldən – CAVAB

2016-10-07 15:52:00

"Azərsun Holdinq"in monopolist olması ittihamları ilə razı deyiləm”. 

Fins.az-ın məlumatına görə, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının Aqrar inkişaf komissiyasının iclasında komissiyanın sədri, "Azərsun Holdinq"in Müşahidə Şurasının sədri Abdolbari Gözəl deyib: "Bazarda bizim istehsal etdiyimiz məhsulların çeşidindən eynisini istehsal edən başqa şirkətlər də var. Məsələn," Gilan Holdinq", "Karat Holdinq" və s. Nəticədə, istehlakçının seçimi artır. Bu, həm də rəqabət yaradır və məhsulun keyfiyyətinə müsbət təsir edir. Hamımız eyni qayıqda oturmuşuq. Nə ediriksə, dövlətimiz üçün edirik", - deyə o bildirib.

Bununla bağlı bazar üzrə təqdimata diqqət yetirən A.Gözəl bəzi məhsullarda “Azərsun Holdinq”in 10-15% paya malik olduğunu açıqlayıb: “Kərə yağları üzrə  10%, zeytun yağına və ağartı məhsullarına görə 15 % paya malikik. Əgər alıcı bizim məhsullara daha çox maraq göstərirsə,digər şirkətlər də bunun üzərində düşünməlidirlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270