BİZNES

Azərbaycan-İndoneziya Ticarət evi yaradılacaq
07 OKTYABR
91

Azərbaycan-İndoneziya Ticarət evi yaradılacaq

2016-10-07 14:55:00

Bakı və Cakarta Azərbaycan- İndoneziya Ticarət evi yarada bilər. Bu barədə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) məlumatında deyilir.

«Bu təklif oktyabrın5-də İndoneziyadan və Azərbaycandan olan iş adamlarının iştirakı ilə keçirilən Azərbaycan-İndoneziya biznes forumunda səsləndirilib», - deyə məlumatda bildirilir.

İndoneziyanın Azərbaycandakı səfiri Husnan Fananie qeyd edib ki, təmsil etdiyi ölkə bütün istiqamətlərdə, xüsusi ilə iqtisadi sahədə Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində maraqlıdır.

Səfir tədbir iştirakçılarını 12-16 oktyabr 2016-cı il tarixləri arasında İndoneziyada keçiriləcək “İndoneziya Trade Expo” sərgisinə də dəvət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275