BİZNES

İran alüminium şirkəti Azərbaycan bazarına çıxmaq istəyir
07 OKTYABR
243

İran alüminium şirkəti Azərbaycan bazarına çıxmaq istəyir

2016-10-07 14:20:00

Azərbaycanla alüminium sənayesində əməkdaşlığı  artırmaq üçün geniş potensial mövcuddur.

Bunu İranın Alüminium (İRAİKO) şirkətinin  baş direktoru Məcid Purəttar deyib.

M.Purəttar deyib ki, hazırda İran Azərbaycanın alüminiuma olan tələbatının təmin edən əsas ölkələrdən biridir: “Azərbaycana alüminium ixracımız qənaətbəxş səviyyədədir. Düşünürəm ki, alüminium sənayesi sahəsində İran və Azərbaycan əməkdaşlığı artırmaqla çoxlu mənfəət götürə bilərlər. İranın alüminium qütbü və mərkəzi, eləcə də ən böyük alüminium zavodu Ərak şəhərində yerləşir və bu şəhər Azərbaycana yaxındır.  Bu, önəmli üstünlüklərdən biridir və hər iki ölkəyə mənfəət gətirə bilər. Azərbaycan və İran arasında müştərək mədəniyyət, qarşılıqlı tanıma və anlaşma, yaxın münasibətlər mövcuddur. Bu amillər iki ölkə üçün alüminium sənayesi sahəsində əməkdaşlığın  genişlənməsi və mənfəətin götürülməsinə yardım edə bilər”. 

M.Purəttar deyib ki, İran ötən illər ərzində alüminium sənayesi sahəsinə çoxlu investisiya yatırıb: “Cari ildə 37 min ton alüminium ixrac etmişik. Alüminiumun böyük əksəriyyəti Türkiyə, Çin, Azərbaycan və Avropa Birliyinə ixrac olunub. Mövcud şəraiti nəzərə alaraq  Azərbaycanla əməkdaşlığa üstünlük veririk. Biz Azərbaycanda iştirakımızı artıra bilərik və bunda maraqlıyıq. Bu istiqamətdə Azərbaycanın şirkətləri ilə yaxından əməkdaşlıq etməyə hazırıq.”

Qeyd edək ki, İranın Alüminium Şirkəti  (İRAİKO) İranda ilk alüminium külçəsi istehsal edən şirkətdir. Zavod İranın Ərak şəhərində 232 hektar ərazidə tikilib.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270