BİZNES

Borcların yığılmasına mane olanlar kimlərdir?
07 OKTYABR
261

Borcların yığılmasına mane olanlar kimlərdir?

2016-10-07 13:24:00

İri korporativ və yaxud girovlu borcların məhkəmə mərhələsində geri alınmamasının əsəs səbəbkarı qeyri-peşəkar hüquqşünaslardır. Əslində borcların yığımı baxımından məhkəmə sırf psixoloji təsir aləti kimi istifadə edilməlidir. Çox vaxt borclu tərəf məhkəmə mərhələsində danışıqlara getməyə meyilli olur. Bu zaman isə səlahiyyətli şəxs hüquqşünaslar olduğu üçün danışıqlar heç bir nəticə vermir. Çünki hüquqşünasın marağı daha çox işi başa çatdırıb qətnaməni çıxartmaq olur, nəinki işi yarımçıq saxlayıb danışıqları bərpa etmək. Hüquqşünasların mövqeyi ondan ibarətdir ki, işlər məhkəmədən kənar danışıqlar yolu ilə həll edilərsə, bu zaman onlara ehtiyac qalmaz və ixtisara düşə bilərlər.

Danışıq ümidlərini  itirən borclu isə alternativ yollara baş vurur borcu danmağa vəkil vasitəsi ilə işi uzatmağa çalışır. Sonda qətnamə çıxsada borc yalnız kağız üzərində qalır işin icrası illərlə uzanır. Halbuki vaxtında müştəri ilə danışıqlar aparılsaydı həm xərclər azalar, həm də iş daha az vaxt ərzində yekunlaşardı.

İcra mərhələsi də həmçinin hüquqşünasların idarəetməsinə verildiyi hallarda icra məmurları ilə iş bürokratik yazışmalar çoxsaylı şikayətlər və məhkəmə porsesləri üzərində qurulur. Bundan narahat olan icra məmuru isə işin icra edilməsindən daha çox işdə olan sənədlərin qaydasında olmasına çalışır.

Halbuki, bu proses peşəkar şəxslərin idarəetməsində olarsa daha az xərc və vaxt sərf etməklə ciddi nəticələrə nail olmaq olar. Burda əsas məqam borclunun əlaqə vasitələrinin ünvanlarının və digər məlumatlarının vaxtında icra məmuruna təqdim edilməsidir.

Eyni zamanda butun məhkəmə və icra prosesi boyu müştəri ilə danışıqlar davam etməlidir. Danışıqlar nəticə verdikdə isə dərhal məhkəmə və icra prosesi dayandırılmalıdır.

Hüquqşünasların gəliri isə çıxarılan qətnamələrə görə yox geri ödənilən vəsaitlərə görə formalaşmalıdır. Çünki şirkətin sahibinə və rəhəbrinə məhkəmə prosesləri və qətnamə deyil gəlirləri artırmaq və zərəri azaltmaq lazımdır.

 

AZCOLL Ekspert Mərkəzi

Əlaqə nömrəsi: 012-511-66-09; 050-500-45-95.

www.azcoll.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274