BİZNES

Bakı ilə Astana arasında ticarət dövriyyəsi 31% artıb
06 OKTYABR
196

Bakı ilə Astana arasında ticarət dövriyyəsi 31% artıb

2016-10-06 10:55:00

2016-cı ilin yanvar-avqust aylarının yekunları üzrə Azərbaycanla Qazaxıstan arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi $91 mln. təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 31% çoxdur. Bu barədə energetika naziri Natiq Əliyev cümə axşamı rəsmi mətbuatda dərc olunan məqalədə qeyd edib.

“2016-cı ilin 8 ayı ərzində Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi $91 mln. təşkil edib. Bununla belə, hesabat dövrü ərzində $16 mln. Azərbaycan məhsullarının Qazaxıstana ixcracının payına düşüb, bu da 2015-ci ilin analoji dövrünü göstərixisi ilə müqayisədə 76% çoxdur. $75 mln. Qazaxıstandan idxalın payına düşüb, bu rəqəm 25% artıb”, - deyə nazir qeyd edib.

N.Əliyev bildirib ki, indiyədək iki ölkə arasında iqtisadiyyat sahəsində əsaslı normativ-hüquqi baza formalaşdırılıb, 20-dən artıq sənəd imzalanıb.

“Bu, Azərbaycanla Qazaxıstan arasında əməkdaşlığın dərinləşməsi, həmçinin ticarət-iqtisadi, nəqliyyat, yanacaq-enerji, ASK, elmi-texniki və mədəni-humanitar sahələrdə əlaqələrin genişləndirilməsinə əsas verir”, - deyə nazir qeyd edib.

N.Əliyev həmçinin bəyan edib ki, yeni Bakı Beynəlxalq Dəmiz Limanının fəaliyyəti, Bakı-Tbilisi-Qars dəmir yolunun sitifadəyə verilməsi və Qazaxıstanın dəmir yolu nəqliyyatı və limanların genişləndirilməsinə dair reallaşdırdığı layihələr iki ölkə arasında əməkdaşlığı möhkəmləndirəcək, beynəlxalq nəqliyyat dəhlizləri qismində rollarını genişləndirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275