BİZNES

Azərbaycan Moskvaya naringi ixrac edəcək
06 OKTYABR
237

Azərbaycan Moskvaya naringi ixrac edəcək

2016-10-06 09:16:00

Rusiyada ilin əsas bayramı olan Yeni il ərəfəsində moskvalıların ən sevimli qış meyvəsi naringinin idxal olunacağı ölkələrin adlarına aydınlıq gəlib. Siyahıda Azərbaycan da var.

Bu barədə Moskvanın Ticarət və Xidmət Departamentinin rəhbəri Aleksey Nemeryuka istinadən "Moskva" agentliyi məlumat yayıb.

O qeyd edib ki, bu ölkələrdən biri Rusiyaya məşhur naringi ixracatçısı kimi ad çıxartmış Mərakeşdir. Onun sözlərinə görə, bu siyahıya, həmçinin Cənubi Amerika ölkələri – Argentina və Uruqvay, o cümlədən İsrail, Pakistan və CAR da daxildir.

Aleksey Nemeryuk Yeni il ərəfəsində Moskvaya Azərbaycandan da naringi idxalının gözlənildiyini diqqətə çatdırıb. Departament rəhbəri idxal olunacaq naringilərin arasında keyfiyyət və qiymət fərqinin olduğunu bildirib.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275