BİZNES

Müştərilər borclarını niyə geri qaytarmırlar – SƏBƏBLƏR
06 OKTYABR
752

Müştərilər borclarını niyə geri qaytarmırlar – SƏBƏBLƏR

2016-10-06 09:00:00

Əksər hallarda alacaq borcları olan Banklar, kredit təşkilatları və Nisyə alqı-satqı ile məşğul olan şirkətlər borcun alinması prosesinə lazımi diqqət və maliyyət vəsaiti ayırmırlar. Borcun özünə ise şirkətin aktivi və real alınacaq gəlir kimi baxırlar.

Bu arxayınlıq səbəbi ilə də borcun geri gaytarılması üçün primitiv təqib (2 dəfə satış meneceri zəng vurur, bir dəfə mühasib bir dəfə baş mühasib) aparmaqla kifayətlənirlər.  Təqib nəticə vermədikdə isə işi konveyer üsulu ilə heç bir araşdırma aparılmadan məhkəməyə gönədrirlər. Çıxan qərarın icra olunması barədə isə heç bir məqsədyönlü iş görülmür. Nəticədə isə borclar kağız üzərində qalır.

Burada vacib məqam odur ki, şirkət rəhbərliyi borcların zərər kimi silinməsi və silinmiş borcların sona qədər təqibi ilə bağlı konkret mövqeyə malik olmalıdır. Hər bir borcun geri qaytarılması üçün həmin borcun xüsusiyyətlərindən asılı olaraq büdcə ayrılmalıdır.

Misal üçün sizin şirkətin zərər qismində tanıdığı 200 000 manatlıq bir borc var və siz həmin borcun geri bərpası üçün borcun təxmini 10-15% həcmində bir xərc nəzərdə tutmalısız. Həmin xərcə isə investisiya kimi yanaşılmalıdır. Nəticədə siz 10% xərc qoymaqla 200 000 manatlıq gəlir əldə etmiş olursuz.

Digər bir vacib məqam isə bu işin peşəkarlara həvalə edilməsidir. Burada ya düzgün təşkil edilmiş daxili struktur bölməsi (problemli borclar şöbəsi və ya departamenti) və ya kənar kollektor agentliyi borcun təqibini həyata keçirməli və borcun geri bərpa olunması üçün məsuliyyət daışmalıdır. Məhkəmə qərarlarının çıxarılması texniki proses olduğu üçün burada nisbətən daha az təcrübəli əməkdaşların işləməsi məqsədəuyğundur. Lakin məhkəmə qərarlarının icrasını diletantlara etibar etmək olmaz. Bu işi yaxşı olar ki, peşəkar ekspertlərə (bu sahədə ən azı 8-10 il təcrübəsi olan və icra məmurlarının fəaliyyətini yaxından təqib edə bilən) həvalə edəsiniz. 

Sonda isə qeyd etmək istərdik ki, alınması mümkün olmayan borc yoxdur, borcun təqibinə vaxt və xərc sərf etmək istəməyən rəhbərlər vardır. 

AZCOLL Ekspert Mərkəzi

Əlaqə nömrəsi: 012-511-66-09; 050-500-45-95.

www.azcoll.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275