BİZNES

Azərbaycanla ərəblər birgə investisiya fondu yaradacaqlar
05 OKTYABR
236

Azərbaycanla ərəblər birgə investisiya fondu yaradacaqlar

2016-10-05 09:42:00

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) birgə investisiya fondu yaradacaqlar. Bu barədə Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov deyib.

Səfirin sözlərinə görə, artıq iki ölkənin rəhbərliyi səviyyəsində ilkin razılaşma əldə olunub.

D.Şikarov qeyd edib: "Belə bir fondun yaradılması qarşılıqlı faydalı layihələrə sərmayə qoymağa imkan verəcək. Xüsusən aqrosənaye, qida sənayesi, loqistika və nəqliyyat sistemi üzrə inevstisya yatırımlarında artım etmək mümkündür".

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, Azərbaycanla BƏƏ arasında 2016-cı ilin yanvar-iyil ayları ərzində mal dövriyyəsi 50,6 milyon dollar həcmində olub.

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275