BİZNES

Azərbaycanda reklam ilə bağlı – YENİ TƏLƏB
05 OKTYABR
254

Azərbaycanda reklam ilə bağlı – YENİ TƏLƏB

2016-10-05 09:26:00
Azərbaycanda bioloji fəallığa malik qida əlavələrinin dərman vasitəsi olmadığı barədə məlumat vermədən reklam edənlər cərimələnəcəklər.
Milli Məclisdən verilən məlumata görə, bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.
Yeni dəyişikliyə əsasən, belə reklamlara görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək, hüquqi şəxslər 1000 manatdan 2000 manatadək cərimə ediləcəklər.
Dəyişiklik bioloji fəallığa malik qida əlavələrinin dərman vasitəsi olmadığı barədə məlumat verilmədən reklam edilməsinə görə məsuliyyət yaratmaq məqsədilə təklif edilir.
“Dərman vasitətələri haqqında” qanuna yeni təklif edilən dəyişiklik və əlavələrə görə, bioloji fəallığa malik qida əlavələri orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədi ilə həkim tərəfindən tövsiyə oluna bilər, lakin onlar xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədilə təyin olunan dərman vasitələrini əvəz etmir.
Bioloji fəallığa malik qida əlavələrininin həkim reseptinə yazılması qadağandır.
Qanun layihəsinə görə, bioloji fəallığa malik qida əlavələri qida rasionunu zənginləşdirmək məqsədi ilə bitki, heyvan, mineral mənşəli və ya kimyəvi yolla alınmış bioaktiv maddələr və onların komplekslərinin farmasevtik formada hazırlanaraq gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş məhsullar hesab edilir.
Mənbə: Trend
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272