BİZNES

Biznesmenlərimiz Gürcüstana nə qədər pul qoyub?
04 OKTYABR
256

Biznesmenlərimiz Gürcüstana nə qədər pul qoyub?

2016-10-04 15:25:00

2016-cı ilin I yarısında Gürcüstan iqtisadiyyatına yatırılan investisiyaların həcminə görə Azərbaycan liderdir.

Bu barədə Gürcüstan Milli Statistika Xidmətinin açıqladığı məlumatlarda deyilir.

Hesabat dövründə Azərbaycan Gürcüstana 283 mln. dollar yatırıb ki, bu da ümumi ölkə iqtisadiyyatına yatırılan birbaşa investisiyaların 34%-ə bərabərdir.

Azərbaycanın ardınca Böyük Britaniya və Türkiyə qərarlaşıb ki, bu ölkələrin Gürcüstan iqtisadiyyatına yatırımlarının həcmi müvafiq olaraq 180 və 85 mln. dollardır.

Qeyd edək ki, yanvar-iyun ayları ərzində Gürcüstan iqtisadiyyatına yatırılan birbaşa investisiyaların ümumi həcmi 834 mln. dollardır.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275