BİZNES

PR şirkətləri böhrana hazırlaşır
03 OKTYABR
648

PR şirkətləri böhrana hazırlaşır

2016-10-03 14:48:00

“Excelsior Hotel & Spa Baku” otelinin dəstəyi, “Baku School of PR” şirkətinin və “Azerbaijan Public Relations Association” APRA-nın təşkilatçılığı ilə PR mütəxəssislər üçün “Böhrandan əvvəl PR və Kommunikasiya” mövzusunda növbəti təlim keçirilib.

Fins.az xəbər verir ki, təlimi ABŞ-ın nüfuzlu University of Marylandın məzunu, “PreMark” PR və media konsaltinq şirkətinin rəhbəri Azər Nəzərov aparıb. Təlim öncəsi APRA-nın həmtəsisçisi və “Baku School of PR” şirkətinin rəhbəri, “Veysəloğlu” şirkətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri İlham Məmmədov gələcəkdə bu kimi təlimlərə beynəlxalq PR təşkilatlarından da mütəxəssislərin cəlb ediləcəyini bildirib.

Təlimdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN), AtaHolding, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, “Bakı Meropoliteni” QSC, Mərkəzi Bank, Azərbaycan İqtisad Universiteti, “UniBank”, “Veysəloğlu”, “BEST Solution”, “HED Academy” və digər dövlət və kommersiya təşkilatların ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272