BİZNES

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
03 OKTYABR
192

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

2016-10-03 11:38:00

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. 

EUR

3-cü rübün son həftəsində Avro/Dollar məzənnəsi 1.12$ ətrafında ticarət olunub. Qeyd etmək lazımdır ki, Avropanın bank sektoru Almaniyanın “Deutsche Bank”-ı ətrafında yaranmış mübahisəli hadisələr fonunda riskli dövrünü yaşayır və ABŞ iqtisadiyyatının 3-cü rübdə zəifləməsi gözləntiləri artmağa başlayıb. Bunlar fonunda isə investorlar dünya valyuta birjalarında ehtiyatlı mövqe seçirlər. Bu həftə isə Avropanın xidmət və sənaye sektorları və Amerikanın əmək bazarı ilə bağlı önəmli statistik məlumatların açıqlanması gözlənilir. EUR/USD qiymətinin texniki mənzərəsinin təhlili isə qiymətin 1.1280, 1.1309 və 1.1351$-a kimi bahalaşa biləcəyini proqnozlaşdırmağa əsas verir.

GBP 

Böyük Britaniya funt sterlinqinin qiyməti də keçən həftə ərzində 1.29$ ətrafında üfüqi dalğalanması ilə seçilib. Lakin bu həftə Böyük Britaniyanın sənaye və xidmət sektorları və Amerikanın əmək bazarı ilə bağlı yayımlanacaq göstəriciləri investorların diqqət mərkəzində olacaq. InvestAZ analitiklərinin təhlillərinə görə, GBP/USD cütülüyünün məzənnəsi cari həftə ərzində 1.3060$-a kimi bahalaşarsa, əlavə olaraq 1.3080 və 1.3120$-a kimi də dəyər qazana bilər.

TRY

USD/TRY valyuta cütlüyünün məzənnəsi keçən həftə ərzində InvestAZ analitiklərinin gözlədikləri kimi 3.0110 TL-ə kimi bahalaşıb və əlavə olaraq 3.0260 TL, 3.0390 TL-ə kimi də dəyər qazana bilər. Beynəlxalq reytinq agentliklərinin Türkiyənin reytinqini yeniləmələrindən sonra türk lirəsi təzyiq altında olub və sürətlə ucuzlaşmağa başlayıb.

OIL

Enerji bazarlarında Avropanın Brent markalı neftinin bir barel qiyməti keçən həftə ərzində OPEC dövlətlərinin rəsmiləri tərəfindən verilən bəzi açıqlamalar fonunda gözlənildiyi kimi 50.25$-a kimi bahalaşıb. Təhlillər onu göstərir ki, qiymətin artım trendi əlavə olaraq 50.40$ və 50.70$-a kimi də davam edə bilər.

GOLD 

Qızılın dünya əmtəə bazarlarında qiyməti yenidən ucuzlaşmağa başlayıb. Qızılın cari eniş trendi ilin əvvəlindən etibarən sürətlə bahalaşan qiymətlər fonunda korreksiya kimi qiymətləndirilir. Artıq 1313$-a (42.1$/qram) kimi ucuzlaşan qızılın bir unsiya üzrə qiymətinin əlavə olaraq 1302$-ı (41.9$/qram) və 1280$-a (41.0$/qram) kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır. 

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz. 

Mənbə: InvestAZ

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275