BİZNES

İngilis və türk şirkətləri Azərbaycan şirkətini bölə bilməyib
30 SENTYABR
451

İngilis və türk şirkətləri Azərbaycan şirkətini bölə bilməyib

2016-09-30 11:55:00

Bu vaxta qədər Beynəlxalq Arbitraj Məhkəməsində Azərbaycandan 4 işə baxılıb. 90-a yaxın iş isə Arbitraj və Mediasiya Mərkəzində müəyyən qədər həll edilib yaxud həllinə yaxınlaşılıb. Bunu Azərbaycan Beynəlxalq Arbitraj Məhkəməsinin idarə heyətinin sədri Gündüz Kərimov fins.az a açıqlamaslnda deyib:

"Arbitraj məhkəməsinə çıxarılan çəkişmələrdən biri İngiltərə şirkəti ilə Türkiyə subkontraktoru arasında idi. Hansı ki, onlar Azərbaycanda tütün şirkəti ilə bağlı məsələdə razılığa gələ bilmirdilər. İddia 78 min dollar idi, amma məhkəmə 19 min dolları təmin etdi. Son 10 ildə 90-a yaxın işlərin Mediasiya yolu ilə həll edilməsinə cəhd göstərilib ki, onlardan da 1/3-i uğursuzluqla nəticələnib. Belə mübahisələrin əsas hissəsini borc məsələləri, kiçik hissəsini isə ailə problemləri təşkil edir".
Qeyd edək ki, Arbitraj Məhkəməsinə iddia üzrə qeydiyyat haqqı 300 ABŞ dollarıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272