BİZNES

Satıcılar şirkət rəhbərindən çox qazanır – SƏBƏB
29 SENTYABR
343

Satıcılar şirkət rəhbərindən çox qazanır – SƏBƏB

2016-09-29 13:00:00

Satışla məşğul olan şirktələrdə borcların idarəedilməsində problemlərin yaranma səbəbləri müxtəlifdir. Əsas problem borc verilməsi (nisyə alqı-satqı) qaydalarının ya düzgün qoyulmaması, ya da ümumiyyətlə bu qaydaların olmamasıdır. Böyük həcmli korporativ borcların alınmasında isə şirkətin daxilindəki problemlər əsas maneə kimi çıxış edir. Bunlara aşağıdakıları aid etmək olar:   

  •         satış menecerinin əvvəlcədən borcun ödənilməyəcəyini bilə-bilə satış etməsi
  •         satıcının şirkətin mənafeini deyil, yalnız öz bonusunu düşünərək satması

Borcun yaranma mərhələsində meydana çıxan bu cür problemlərin qarşısı alınarsa, borcun alınması daha asan olur.

Borcların idarə edilməsində ikinci mərəhələ borcun təqib edilməsidir. Bu mərhələdə yol verilən əsas səhvlər:

  •         borcun təqibinin satıcıya həvalə edilməsi (Satıcı müştəri ilə münasibətləri qorumağa meylli olduğu üçün borcun təqibinə çox da önəm vermədən dövri olaraq borcu xatırlatmaqla kifayətlənir.)
  •         Mühasibatlığın borcların üzləşdirilməsini vaxtında həyata keçirməməsidir.

(Nəticədə borclu şirkət və ya şəxs borcu ilə razılaşmır)

Bunun qarşısını almaq üçün ən təsirli mexanizm neytral bir şəxsin və ya kənar outsource şirkətin borcların təqibi ilə məşğul olmasıdır.

Neytral şəxs və ya şirkət satıcı ilə müştəri arasında olan qeyri-qanuni razılaşmaların və sxemlərin aşkara çıxarılmasında birbaşa maraqlıdır, çünki bunu etməsə borcların təqibi mümkün olmayacaq.

Əksər hallarda bu cür təqib sistemi, satışda malın təhvil verilməsində borcun məbləğinin razılaşdırılmasında olan  problemləri qısa müddətə üzə çıxarır.

Bu cür hallardan isə şirkət rəhbərliyinin ya ümumiyyətlə məlumatı olmur ya da çox gec xəbər tutur. Şirkət rəhbərlərinə və səhmdarlara verilən hesabatlarda borclar satışdan gələn vəsaitlər kimi göstərilir və satıcılara əlavə bonus ödənilməli olduğu göstərilir. Şirkət əməkdaşları arasında müəyyən tanışlıq münasibətləri üzündən bu hallar gizlədilir.

Kənar şəxs və ya şirkət isə birbaşa rəhbərliyə məlumat hesabat verdiyi üçün satışın yol verdiyi pozuntu və qüsurların gizlədilməsində maraqlı deyil.

Borcların təqibində ən vacib mərhələ isə məhkəmə və icra mərhələsidir. Məhkəmə mərhələsində şirkətlərin üzləşdiyi əsas problemlər müqavilələrdə borcların məbləğinin və borcların geri ödənilmə müddətlərinin düzgün rəsmiləşdirilməməsidir. Bir çox hallarda isə malların qaimələrini tam həcmdə məhkəməyə təqdim etmək mümkün olmur, bu isə borcun həcminin reallıqda olduğundan  daha az məbləğdə məhkəmə tərəfindən təmin edilməsinə səbəb olur.

İcra mərhələsində işlərin təqibi yanlış olaraq şirkətin hüquqşünaslarına həvalə edilir və nəticədə icra məmurları ilə iş rutin yazışmalardan irəli getmir. Şirkətin borcu isə illərlə kağız üzərində qalır.

İcra məmurları ilə iş bu sahədə peşəkar olan və icra məmurları ilə əməkdaşlıq etmək bacarığı olan şəxslərə həvalə edilməlidir. Belə olan halda qısa müddətə bütün zəruri məlumatlar və sənədlər icra materiallarına daxil edilir. İcra məmuru borclu şirkətin və ya onun rəhbərinin axtarışına, sorğuların alınmasına vaxt sərf etmir. Əldə etdiyi məlumat və məktublar əsasında məburi icra tədbirləri görərək borcun qısa müddətə bərpaısnı təmin edir.

Sonda isə onu qeyd etmək lazımdır ki, vaxtında ödənilən borc əlavə dövriyyə deməkdir, əlavə dövriyyə isə əlavə qazanc deməkdir.

 

AZKOLL Ekspert Mərkəzi

Əlaqə nömrəsi: 012-511-66-09; 050-500-45-95.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275