BİZNES

Azərbaycan Polşaya investisiya yatırmağı təklif edib
29 SENTYABR
147

Azərbaycan Polşaya investisiya yatırmağı təklif edib

2016-09-29 11:57:00
Polşa İnkişaf nazirinin müavini Radoslav Domagalski-Labentskinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Energetika Nazirliyində olub. Fins.az-ın Energetika Nazirliyinə istinadən verdiyi xəbərə əsasən, Azərbaycanda qeyri-neft sənayesinin inkişafının iqtisadi siyasətin prioritetlərindən olduğunu vurğulayan energetika nazirinin müavini Gülməmməd Cavadov bu istiqamətdə xarici investisiyaların cəlbinin vacibliyini diqqətə çatdirib. Bu baxımdan, Polşa şirkətlərinin fəaliyyəti üçün ölkəmizdə geniş imkanların olduğunu deyərək, əməkdaşlıq təkliflərinin dəyərləndirilməsinin əhəmiyyətini qeyd edib. 
 Azərbaycan nəqliyyat sisteminin formalaşdırılmasında, Azərbaycanın tranzit potensialının gücləndirilməsində, Xəzər hövzəsində logistik mərkəzlərin yaradılmasında, dəmir yollarının yenidən qurulmasında, əczaçılıq və tibbi sığorta sahələrində Polşaya təkliflər irəli sürüb.
Polşa İnkişaf nazirinin müavini səsləndirilən təklifləri yüksək qiymətləndirərək, yeni layihələrin həyata keçirilməsi ilə həm Azərbaycan, həm də Polşanın böyük mənfəət əldə edəcəyinə ümidlərini ifadə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270