BİZNES

Şirkətlər borclarını necə alır?
28 SENTYABR
365

Şirkətlər borclarını necə alır?

2016-09-28 09:26:00

2016-cı ilin əvvəlindən bu günədək  məhkəmə qətnamələri çıxarılmış işlər üzrə 24 000 000  manat həcmində şirkət borcları Azkoll şirkətinin əməkdaşlarının köməyi  və icra orqanlarının məcburi icra tədbirlərinin tətbiqi nəticəsində alınıb. Şirkətdən fins.az-a bildirirlər ki, hazırda iri həcmli borclar üzrə məhkəmə qərarları çıxarılmış borc portfelinin həcmi 130 000 000 manatdır. Bu borclar 30-a yaxın şirkətə məxsusdur və 750-dən çox fiziki və hüquqi şəxs tərəfindən ödənişi gecikdirilir.

Hazırda borcların məhkəmə və icra orqanları vasitəsi ilə alınması daha effektivdir və bu yolla əldə edilən nəticələr hətta gözləniləndən daha yuxarıdır.

Şirkət əməkdaşları məhkəmə qərarı çıxarılan dövrdə borclu barəsində bütün zəruri məlumatları toplayır və qətnamə qüvvəyə mindikdən dərhal sonra icra məmurları ilə aktiv iş aparılır. Borclu barədə zəruri məlumatlar və sorğuların cavabları icra məmurlarına təqdim olunduqdan sonra qısa müddətəd borclunun və onun əmlaklarının axtarışı təşkil edilir.

Şirkət əməkdaşlarının müraciəti əsasında  300-dən çox fiziki şəxs və şirkət rəhbərinin ölkədən çıxışı məhdudlaşdırılıb, 43 nəfər barəsində inzibati həbs tətbiq edilib, 2 nəfər barəsində isə cinayət işi açılaraq məsuliyyətə cəlb olunublar. Ümumilikdə tapılaraq üzərinə həbs qoyulan əmlakların həcmi 32 000 000 manat təşkil edib. Bu əmlakların 60%-ə yaxını artıq ixitsaslaşmış hərrac şirkətləri vasitəsi ilə satılıb.

Məhkəmə qərarı çıxmış borcların bir çox hallarda qeyr-peşəkarlar tərəfindən təqib edilməsi həm icra məmurlarının işini çətinləşdirir həm də borcun geri alınmasnı qeyri-mümkün edir. Bu baxımdan məhkəmə mərhələsind olan və eləcə də qətnaməsi qüvvəyə minmiş borcların peşəkarlar tərəfindən təqib edilməsi şirkətlər üçün mühüm əhəmiyyət daşıyır -deyə şirkətdən bildiriblər.

Qeyd edək ki,  AZKOLL Kollektor Agentliyi 2011-ci ildən fəaliyyət göstərir. Şirkətlərə və vətəndaşlara geri alınmasında problemlər yaranmış borcların bərpa edilməsi üzrə xidmətlər göstərir.

Əlaqə nömrəsi: 012-511-66-09; 050-500-45-95.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272