BİZNES

Artıq xərclərə yox  - “AUTSORS” NECƏ İŞLƏYİR?
23 SENTYABR
329

Artıq xərclərə yox  - “AUTSORS” NECƏ İŞLƏYİR?

2016-09-23 12:15:00
İnam və güvən şirkətlər arası əlaqələrin əsasını təşkil edir. Müşahidə olunmuş uzun müddətli əməkdaşlıqlar şirkətlərin dostluq münasibətinin nəticəsidir. Məhz bu münasibətin səmimiyyətindən şirkətlər müəyyən işlərinin həyata keçirilməsini “Autsors” etməyə başladılar. Autsors anlayışı 1980-ci illərdən etibaren mövcud olsa da bir idarəetmə strategiyası və iş modeli olaraq 1990-cı illərdə genişlənməyə başlamışdır. 
Autsors, şirkətin hər hhansı fəaliyyət mexanizminin (səhiyyə, loqistika, hüquq, maliyyə-mühasibat, veb dizayn,ofşor proqramlaşdırma, istehsalat və s.) etibar etdiyi başqa bir şirkət tərəfindən idarə edilməsi kimi başa düşülür. Bu vasitə ilə şirkət yüksək maliyə xərclərinə səbəb olan bu sahələrin iş modelinin optimallaşdırılmasına, çəkilən xərclərin minimallaşmasına nail olur. Administrativ təbəqədə dünya miqyasında geniş tətbiq edilən autsors xidmətinin biri də maliyyə-mühasibatlıqdır.Tarixə baxsaq görərik ki, maliyyə və mühasibatlıq şirkətlərin autsors etdiyi ilk xidmələrdəndir və günümüzdə də bu biznes sahəsinin inkişafı davam edir. Təbii ki, bu xidmət sahəsi də müəyyən inkişaf yolu keçmişdir və dövrün tələblərinə uyğun olaraq müəyyən şəkildəyişmələr yaşayır. Artıq dünya bazarı autsors sahəsində öz sözünün demiş şirkətlərlə uzun illərdir ki tanışdır və onların təcrübəsindən yararlanır. Bazar inkişaf etdikcə, imkanlar artır, şirkətlər tərəfindən yeni ideyalar tədqiq olunur, yeni uğurlara və nəticələrə ehtiyac yaranır, maliyyə-mühasibat proseslərinin optimallaşdırılması üçün yeni cavablar axtarılır. Keçmişə nəzərən,artıq, bu şirkətlər maliyyə-mühasibatlığı autsors etməklə sənayenin yeni qollarının inkişafına istiqamətlənirlər və bunu müxtəlif ölçülü şirkətlərə tətbiq edirlər. 
ABŞ, Birləşmiş Krallıq və Kanadada aparılan və 150 böyük şirkətin daxil olduğu tədqiqat göstərir ki, şirkətlərin baxış bucağında maliyyə departamentinin ümumi kompaniyada əsas strateji məqsədi səmərəliliyi qorumaq və xərclərin minimallaşdırılması olmalıdır. Bununla belə həmin şirkətlər gündəlik fəaliyyət prosesesləri ilə məşğul olmaqdansa, maliyyə strukturunun qurulması, büdcə proqnozları və daxili audit kimi daha stratejik əməliyyatlara keçid etmək üçün çalışırlar. Nəticədə çox sayda şirkət bütün maliyyə-mühasibat xidmətlərini qarşılaya biləcək autsors şirkətləri ilə çalışmağa üstünlük verirlər. Güclü analitiklərə sahib olan bu autsors şirkətlər, müştərilərinə büdcə xərclərini və ümumşirkət prosedurlarını kontrol etmək üçün bütünlükdə təchizat zəncirinin xərcləmə metodlarını daha yaxşı anlamağa yardım edirlər. 
Mühasibatlıq maliyyə departametinin tərkibində fəaliyyət göstərir. Bu sahədə autsors olunan xidmətlərdən mühasibat sənədləririn hazırlanması,anbar uçot sisteminin hazırlanması, işçi əmək haqqlarının hesablanması, kreditor hesablar, debitor hesablar, vergi uçotu, vergi hesabatları və s. daha çox rast gəlinir. Bu xidmətləri autsors etməkdə məqsəd amortizasiya xərclərini azaltmaqdır ki, bu yolla şirkət maddi potensialı daha çox müəssiənin inkişafına və digər mühüm məqsədlərin reallaşdırılmasına yönəldə bilir. Böyük şirkətlər üçün maliyyə-mühasibat prosesinin asanlaşdırılması və standartlaşdırılması başlıca amillərdən biridir. Düzgün maliyyə-mühasibat əməliyyatını aşılamaqla bu şirkətlər daha çox informasiya, daha yüksək xidmət və daha çox gəlir əldə etmək kimi bir sıra uğurlu nəticələr əldə edə bilərlər. Şirkətlər maliyyə-mühasibat əməliyyatlarını asanaşdırmaqla izafi xərclərini azaldırlar, bunun əvəzində isə daimi tələblərin qarşılanmasında vacib olan təməl maliyyə əməliyyatlarını inkişaf etdirə bilirlər. 
Azərbaycan biznes mühiti autsorsla, əsasən də onun maliyyə, mühasibat və audit sahəsi ilə uzun müddətdir ki, tanışdır və dinamik inkişafın şahididir. 2008–ci ildən Azərbaycanda Mühasibat Uçotunun Beynəlxalq Standartlarına (MUBS) və Milli Mühasibat Uçotu Standartlarına keçidi ilə bu inkişaf prosesi sürətlənmişdir. Təbii olaraq,bu sahənin də müəyyən problemləri (mühasibatdakı müxtəlif çatışmazlıqlar, müəyyən bürokratik əngəllər) mövcud olmuşdur. Zaman keçdikcə bu problemlər aradan qalxır,lakin tam həll olmuş deyil. 
Digər tərəfdən, şirkətlərimiz son illərə qədər xərclərini optimallaşdırmaq, daha az maddi resursla effektiv nəticə əldə etmək barədə yetərincə diqqətli olmamışlar. Son zamanlar neft kapitalının digər biznes sahələrinə inteqrasiya etməsi, dealivasiyanın reallaşması və maddi resursların məhdudlaşması ilə müəssisələr bu məsələyə daha həssas yanaşmağa başladılar.Bunun nəticəsidir ki, şirkətlərimiz artıq biznesin bu sahəsinə daha çox maraqlıdırlar və müəyyən fəaliyyətlərinietibarlı autsors şirkətlərinə həvalə edirlər. Bu təbiidir, beləki, qeyd olunan problemləri həll etmək üçün peşəkar mütəxəssislərə və yenidən formalaşdırılması zəruri olan maliyyə-mühasibat sisteminə ehtiyac yaranır. Aydın olur ki, bu tədbirlər üçün müəyyən dərəcədə maddi vəsait tələb olunur və şirkətlər bu xərclərdən çəkinirlər. Əvəzində isə, onlar, daha az maddi vəsait xərcləməklə peşəkar mütəxəssislərə sahib olan autsors şirkətlərinə müraciət edir, yüksək səviyyəli xidmətdən yararlanırlar.
Belə şirkətlərdən biridə Azərbaycanda autsors mədəniyyətinin formalaşmasında pay sahibi olan, artıq 20 ildir ölkədə fəaliyyət göstərən, hüquq, maliyyə, mühasibatlıq və insan resurları xidmətləri üzrə ixtisaslaşan, təcrübəli şəxsi heyyətə, geniş müştəri bazasına malik Business Service Centre Consulting&Outsourcing (BSC) şirkətidir. Şirkətin müştəri portfelində uzun müddətli əməkdaşlıq və dostluq münasibətinə söykənən tanınmış brend şirkətlər mövcuddur.
BSC maliyyə-mühasibatlıq sahəsində cari mühasibat işlərinin təqibi,müəssisənin illik maliyyə nəticələrinin analizi, Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq tətbiq olunan vergi sisteminə əsasən müvafiq hesabatların hazırlanması və s. xidmətləri ilə hər zaman müştərilərinin etimadını doğrultmuşdur. Bununla yanaşı şirkət hüquq, insan resursları, marketinq xidmətləri ilə tibb, telekomunikasiya, inşaat, qida sənayesi, kənd təsərrüfatı, pərakəndəçilik və digər biznes sahələrində müştərilərini məmnun etməyə davam edir. Şirkətin əməkdaşları bu sahələrdə öz təcrübələrini bölüşmək üçün hər zaman hazırdırlar.  
                                                                                                                    
Cavidan Abdullayev
Qafqaz Universiteti, Biznesin İdarə edilməsi, 3-cü kurs 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275