BİZNES

SOCAR-ın aktivləri nə qədərdir?
22 SENTYABR
197

SOCAR-ın aktivləri nə qədərdir?

2016-09-22 15:12:00

SOCAR 40 milyard manatlıq aktivləri ilə Azərbaycanın ən böyük şirkəti, təqribən 1.5 milyard manatlıq vergi ödənişi ilə ən böyük vergi ödəyicisi, 52.000-dən çox işçisi ilə ən böyük işəgötürəni və ölkənin ən böyük ixracatçısı olaraq, 100% dövlətə məxsus bir şirkətdir. Eyni zamanda, 13.5 milyard manatlıq səhm kapitalı, 1.6 milyard manatlıq nizamnamə kapitalı, 18 əməliyyat şirkəti və 36 birgə müəssisəsi ilə Azərbaycanda öz borc öhdəliklərinin ən etibarlı icraçısı mövqeyindədir. Bundan başqa, nəzərinizə çatdırmaq istərdik ki, SOCAR İstiqrazları qanunvericiliyə uyğun olaraq SOCAR-ın öhdəliyi hesab edilir və SOCAR Nizamnaməsinin 1.7-ci bəndinə əsasən, SOCAR öz öhdəliklərinə görə sərəncamında olan əmlakla (yəni, sahib olduğu pula dəyər hər şeyin, varın, mal və mülkün toplamı ilə) cavabdehdir.

Cəmi 100 milyon ABŞ dolları dəyərində olan SOCAR istiqrazları üzrə öz ödəniş öhdəliklərini yerinə yetirmək SOCAR üçün hansısa maliyyə çətinliyi yarada bilməz. Sadəcə bir misalı qeyd etmək yerinə düşər ki, “Goldman Sachs və JP Morgan” investisiya bankı    SOCAR-ın sahibi olduğu “SOCAR Türkiyə” şirkətini 2015-ci ildə 10 milyard ABŞ dolları məbləğində qiymətləndirərək, 13% hissəsini 1.3 milyard dollara satın almışdır. Bundan başqa, SOCAR tərəfindən bu günədək xarici investorlar üçün xarici kapital bazarlarında buraxılan 2.25 milyard dollarlıq avrobondlar və həmin avrobondlara göstərilən böyük maraq SOCAR-a olan yüksək etimadın bariz nümunəsidir.

İstiqraz sahibləri istiqrazlarını istədikləri vaxt sata bilərlərmi?

Bəli, istiqraz sahibləri istiqrazlarını istədikləri vaxt sata və nağda çevirə bilərlər. SOCAR bunun üçün lazım olan bütün sistemi və texniki infrastrukturu qurmuşdur və hər zaman bazarda istiqrazlarının alıcısı kimi çıxış edərək, istiqraz sahiblərinin maliyyə itkisi ilə üzləşmələrinin qarşısını alacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272