BİZNES

"Snam" SOCAR-sız özəlləşdirmədə iştirakdan imtina etdi
22 SENTYABR
276

"Snam" SOCAR-sız özəlləşdirmədə iştirakdan imtina etdi

2016-09-22 12:37:00
DESFA-nın özəlləşdirilməsində iştirak etmək istəyən İtaliyanın "Snam" şirkəti SOCAR-ın digər səhmdar kimi qalmasında maraqlıdır.
Bu barədə CNN telekanalına istinadən yerli mətbuat yazır. 
Bildirilir ki, iki gün bundan öncə Yunanıstanın energetika və ətraf mühit naziri Panos Skurletis "Snam" şirkətinin rəsmiləri ilə görüşüb. "Şirkətin rəsmiləri görüşdən narazı ayrılıb. Onlar yunan nazirin qoyduğu bəzi şərtlərlə razılaşmaq istəmir. Bir şey dəqiqdir: "Snam" yalnız o halda DESFA-nın özəlləşdirilməsində iştirak edəcək ki, digər səhmdar SOCAR olacaq".
Telekanal bildirir ki, DESFA-nın özəlləşdirilməsi prosesində Yunanıstan hökumətinin bəzi üzvləri özlərini qeyri-adekvat aparsa da, "onlar TAP kimi iri layihənin səhmdarı olan SOCAR-ın səhmdar olmasında maraqlıdır".
 
Mənbə: APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275