BİZNES

İspaniya şirkəti Azərbaycanda nümayəndəlik açacaq
22 SENTYABR
323

İspaniya şirkəti Azərbaycanda nümayəndəlik açacaq

2016-09-22 10:11:00

İspaniyanın “ACS Grupo” korporasiyası Qafqaz və Mərkəzi Asiya regionu üzrə Regional Ofisinin Azərbaycanda yaradılması barədə qərar qəbul edib. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.

Bu barədə Bakıda səfərdə olan “ACS Grupo”nun nümayəndələri ilə görüş zamanı bildirilib.

“İşgüzar görüşdə şirkət ilə Azərbaycan iş adamları arasında əlaqələrin yaradılması müzakirə edilib, Azərbaycan məhsullarının və yerli şirkətlərin göstərdiyi xidmətlərin ixrac potensialı barədəfikir mübadiləsi aparılıb”, - deyə məlumatda deyilir.

Görüşün sonunda AZPROMO və “ACS Grupo” arasında əməkdaşlığın davam etdirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.İnşaat, sənaye mühəndisliyi sektorunda ixtisaslaşan “ACS Grupo” sənaye inşaatı sahəsində dünyanın ən iri şirkətlərindən biridir. Korporasiya 1997-ci ilodə təsis olunub və Almaniya, Hindistan, Braziliya, Çili, Mərakeş və Avstraliyada nümayəndəlikləri var. Şirkətin mənzil-qərargahı Madriddə yerləşir.

AZPROMO İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqust ayında fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.

Mənbə: İnterfaks-Azərbaycan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275