BİZNES

Şikayətlərin 63% müsbət həll olunub
22 SENTYABR
177

Şikayətlərin 63% müsbət həll olunub

2016-09-22 09:57:00

2016-cı ilin avqust ayı ərzində vergi orqanlarına 6 503 müraciət daxil olub. 

Vergilər Nazirliyindən verilən məlumata görə, müraciətlərdən 94%-i ərizə, 5,8%-i şikayət, 0,2-i% təklifdir. 

Müraciətlərin 37,9%-i müxtəlif arayışların alınması, 29,3%-i kameral vergi yoxlamaları, 6,5%-i vergi borcları, 2,6%-i vergidən yayınma və dividendlərin verilməsi, 1,9%-i səyyar vergi yoxlamaları, 1,1%-i qəbulla bağlı, 1,3%-i nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 0,5%-i işlə təmin edilməklə bağlı, 0,6%-i qanunsuz sahibkarlıq fəaliyyəti, 0,3%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,4%-i korrupsiya hüquqpozmaları, 16,1%-i digər məsələlərlə bağlıdır. 

Bütün müraciətlərə vaxtında baxılıb, onların 62,6%-i müsbət həll olunub. 

Hesabat dövründə vergi orqanları tərəfindən ümumilikdə 303 vətəndaş qəbul edilərək, onlara qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272