BİZNES

Azərbaycan iş adamları Dəkkə Ticarət Sərgisinə dəvət olunublar
22 SENTYABR
126

Azərbaycan iş adamları Dəkkə Ticarət Sərgisinə dəvət olunublar

2016-09-22 09:54:00

Banqladeşin paytaxtı Dəkkə şəhərində 2017-ci il yanvarın 1-də "XXII Beynəlxalq Dəkkə Ticarət Sərgisi 2017" (DITF) keçiriləcək. Sərgi Banqladeş Xalq Respublikasının Kommersiya Nazirliyi və İxracın Təşviqi Bürosunun birgə təşkilatçılığı ilə baş tutacaq.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildiriblər ki, ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və iş adamları tədbirdə iştiraka dəvət olunurlar. Sərgidə tekstil, geyimlər, dəri və dəri məmulatları, ayaq geyimləri, müxtəlif avadanlıqlar, əczaçılıq məhsulları, xalçalar, kimya, kosmetik, süd, ərzaq məhsulları, elektrik avadanlıqlar, hədiyyələr, əl işləri, məişət avadanlıqları, mebel, idman malları, oyuncaqlar, saatlar, plastik məhsullar və zinət əşyaları nümayiş olunacaq. Sərgi yanvarın 31-dək davam edəcək.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272