BİZNES

Gənclərin biznesi “ASAN”laşacaq - AÇIQLAMA
21 SENTYABR
316

Gənclərin biznesi “ASAN”laşacaq - AÇIQLAMA

2016-09-21 11:30:00
“ASAN xidmət” mərkəzlərində gənclərə yeni biznes imkanları yaradılır. Artıq “ASAN i-LAB” innovasiya laboratoriyası hazırdır. Qurumun fəaliyyəti barədə fins.az-a Vətəndaşlara xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin elektron xidmətlərin inkişafı və sosial innovasiyalar şəbəsinin müdir müavini  Fariz Cəfərov  məlumat verib.
Onun sözlərinə görə, “i-LAB” innovativ texnologiyalar və proqram təminatı yaradılması ilə bağlı layihələri cəlb edəcək. Laboratoriya həmin layihələrin reallaşdırılması, hazır məhsul istehsalına dəstəyin göstərilməsi və məhsulun yerli və xarici bazarlara çıxarılmasına xidmət edən innovasiya rolu oynayacaq.
“i-LAB”  əsasən elektronika,  robotika, proqramlaşdırma layihələrini gerçəkləşdirməyi nəzərdə tutur. 

3D printerin  gücü

F.Cəfərov bildirib ki, artıq mini- laboratoriyada amputasiya olunmuş  qolu əvəz edən “sümük qol” prototipi  hazırlanıb. Lakin hələki istifadə olunmayıb.
“Bundan başqa, “i-LAB”da müxtəlif sahələrdə istifadə edilə biləcək GPS qurğular hazırlanıb. Onlar laboratoriyada həyata keçiriləcək digər layihələrdə istifadə ediləcək. Məsələn, “BAŞLA” layihəsi çərçivəsində istənilən sahəyə aid olan kiçik biznes ideyalarının cəlb edilməsini nəzərdə tutmuşuq.  Gənclər kiçik  maliyyə dəstəyi ilə öz ideyalarını biznesə çevirə biləcəklər. Laboratoriyada hazırlanan qurğular onların işinə yardımçı olacaq”.
“i-LAB” müasir  texnologiyalar əsasında hazırladığı qurğuları özəl şirkətlərə satmağı da planlaşdırıb.  Lakin hələlik  gənclər “ASAN xidmət” mərkəzlərində onlara yaradılan şəraitdən istifadə edərək yeni ideyalarını texnologiyaya  çevirə biləcəklər. Yeni  qurğular 3D printerdə hazırlanır və içərisi yığılır. 

Köhnə soyuducunu gətir, inkubatora çevirək 

Yeni layihələr arasında “Cücələrim inkibatoru” yaxşı biznes imkanı verəcək. Layihənin məqsədi gəncləri öz bizneslərini qurmağa istiqamətləndirməkdir. F.Cəfərovun sözlərinə görə, layihədə köhnə soyuducuların yenidən istehsala cəlb olunması və onlardan inkubatorların hazırlanması nəzərdə tutulub.
 
“Soyuducularda isti və ya soyuq temperatoru saxlamağa imkan verən  qurğular var. Bu keyfiyyətini nəzərə alaraq onları bir qədər dəyişməklə cücə çıxaracaq inkubatora çevirməyi düşündük. Kiminsə evində köhnə, istifadəyə yararsız soyuducusu varsa,  bizə gətirə bilər. Laboratoriyada həmin soyuducular yenidən işlənərək  müasir qurğularla təchiz ediləcək”. 

“Cücələrim” rayonlara da gedəcək 

Qeyd edək ki, inkubatora eyni vaxtda 500 ədəd  yumurta qoymaq mümkün olacaq. İçərisində işıq yanacaq, həmçinin, yumurtaların yetişmə mərhələlərini izləməyə imkan verən GPS qurğusu yerləşdiriləcək. Həmin qurğu içəridəki yumurtalarda gedən bütün dəyişikliklər barədə informasiyanı ötürəcək. Artıq  cücələr çıxanda  mərkəzə siqnal ötürüləcək. Bütün bunlar inkubator sahibinin işini yükgülləşdirəcək, çevik qərarlar verməyə imkan yaradacaq.
 
F.Cəfərob  deyib ki, inkubatorlar üçün soyuducular pulsuz götürüləcək. Hələlik bu ideya ancaq Bakıda “i-LAB”da   həyata keçiriləcək. Yaxın gələcəkdə isə regionlardakı “ASAN xidmət” mərkəzlərində də bunun genişləndirilməsi, rayon sakinlərinin məşğulluğunun təmin olunması nəzərdə tutulur. Gənclər inkubatorlardan əldə etdikləri  cücələri  sata və ya digər təsərrüfatlarda saxlayaraq bizneslərini genişləndirə bilərlər. 

İT ideyalarını buradan sata bilərsən 

Daha bir maraqlı layihə isə “i-LAB store”dur. Bu, “i-LAB” çərçivəsində istehsal edilən  innovativ texnologiyalar və proqram təminatları haqqında məlumatların yerləşdiyi vahid portaldır.  Gənclər burada İT və İKT sahələrində yeni ideyalarını yerləşdirəcəklər. Portalda informasiya texnologiyaları məhsullarının onlayn satışı da həyata keçiriləcək. Hərə öz ideyasını buradan asanlıqla sata biləcək. 

Sənədin hazır olanda mesaj alacaqsan 

“i-LAB”-ın gerşəkləşdirəcəyi layihələrdən  biri də “Ready 1.0-hazır sənəd” cihazıdır. F.Cəfərovun sözlərinə görə, cihaz ş kaf formasında yığılacaq və “ASAN xidmət” mərkəzlərində qoyulacaq. Bütün sənədlər hazır olan kimi həmin şkafa qoyulacaq. Bu zaman qurğu vətəndaşa sənədinin hazır olması barədə mesaj göndərəcək. Bu, vətəndaşların əlavə vaxt itkisinin qarşısını alacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270