BİZNES

Biznesə dəyən zərərin məbləği müəyyənləşdi
20 SENTYABR
259

Biznesə dəyən zərərin məbləği müəyyənləşdi

2016-09-20 17:06:00
“Kaspersky Lab” şirkətinin məlumatına əsasən, iri şirkətlər üçün informasiya təhlükəsizliyi ilə bağlı hər hansı bir insident 891 min ABŞ dolları, kiçik və orta bizneslər üçün isə 86,5 min dollar məbləğində zərərə gətirib çıxarır. Müəyyən olunub ki, 2015-ci ilin yazından 2016-cı ilin yazınadək dünyada bütün təşkilatlar müxtəlif kiberhücumların qurbanı olub. Şirkətlərin 1/3 hissəsindən çoxu əməkdaşların İT resurslarından düzgün istifadə etməməsi və ya zərərli proqlamlara yoluxma biznesin aşağı məhsuldarlığına səbəb olub.
 
Dəymiş zərərin məbləğini hesablamaq məqsədilə “Kaspersky Lab” şirkəti təşkilatlardan onlara qarşı edilmiş ciddi kiberinsidentlərin səbəb olduğu itkiləri qiymətləndirməyi xahiş edib. Şirkətlər itirdikləri işlərə görə əldə edə biləcəkləri mənfəəti, həmçinin kiberhücumlarla mübarizəyə xərclədikləri məbləği hesablayıblar. Eyni zamanda, bura işçiləri əlavə işlədikləri vaxta görə edilən ödənişə, təhlükəsizlik sisteminin yaxşılaşdırılmasına, kənardan mütəxəssislərin cəlb olunmasına, yeni işçilərin  işə götürülməsinə, informasiya təhlükəsizliyi barədə təlimlərin təşkilinə, şirkətin nüfuzunu bərpa etmək üçün aparılan PR-aktivliklərə çəkilən xərclər də daxil edilib. İri şirkətlər gələcəkdə baş verə biləcək bu cür hücumların qarşısını almaq üçün orta hesabla xarici ekspertlərə 86 min dollar, işçilərin təlimatlandırılması üçün isə 79 min dollar xərcləyir. Bu göstəricilər iri olmayan təşkilatlar üçün müvafiq olaraq 11 min və 7 min dollardır. Xərclərin bu iki mərhələsi ümumi zərərin sadəcə 1/5 hissəsini təşkil edir.
 
“Biznes sahibləri çox gözəl anlayırlar ki, sadəcə bir kiberinsident hansı nəticələrə gətirib çıxara bilər. Belə ki, iri olmayan şirkətlərin 59%-i, iri şirkətlərin isə 62%-i bu xərclərin çıxarıb çıxarılmamasından asılı olmayaraq korporativ informasiya təhlükəsizliyi sistemlərini inkişaf etdirməyə hazırlaşır. Lakin hücumlarla uğurlu mübarizə üçün etibarlı təhlükəsizlik vasitələri ilə yanaşı tez reaksiya vermək bacarığı da lazımdır: şirkət insident haqqında nə qədər gec şübhələnirsə, nəticələrin aradan qaldırılması xərcləri də bir o qədər çox olur. Bizneslər onlara zərər verə biləcək hadisələrə qarşı sürətli reaksiyavermə bacarıqlarını inkişaf etdirməlidirlər, bunun üçün isə müəyyən biliklərin olması qərəkdir. Məhz buna görə də biz şirkətlərə İT təhlükəziliyi təmin etmək üçün korporativ büdcənin həcmindən asılı olmayaraq effektiv alətlərlə yanaşı kiberhücumların aşkar edilməsi üzrə sahib olduğumuz təcrübə və bilikləri təqdim edirik”, - deyə “Kaspersky Lab” şirkətinin Rusiya, Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə icraçı direktoru Sergey Zemkov bildirib.
 
İstənilən miqyaslı müəssisənin kompleksli müdafiəsi üçün “Kaspersky Lab” şirkəti “Business Kaspersky Security” universal təhlükəsizlik platformasını təklif edir. Bura İT infrastrukturun hər bir elementini geniş miqyaslı təhlükələrdən qoruyan ən yeni texnologiya və vasitələr daxildir ki, bu həm də məxfi məlumatın qorunmasını və istifadəçilərin şəbəkə resurslarına təhlükəsiz keçidini təmin edir. Proqram daha vacib məlumatları şifrələməyə imkan verir və mərkəzləşdirilmiş internet konsolu sayəsində işçi stansiyaların, serverlərin və mobil cihazların müdafiə sistemini internetə çıxış olan hər yerdən idarə etmək mümkündür.
 
Müdafiə sistemlərinin müntəzəm təkmilləşdirilməsinə baxmayaraq, bütün hücümların qarşısını almaq mümkün deyil, belə ki, texniki vasitələr sadəcə məlum hücumları aşkar etməyə imkan verir. Bu vəziyyətdə  “Business Kaspersky Security” və “Kaspersky Anti Targeted Attack Platform”un istifadəçiləri üçün qabaqcıl texniki vasitələrlə hücumları aşkar etmək və qarşısını almaqda unikal kombinasiya olan “Kaspersky Management Protection” xidməti yardım edə bilər. “Kaspersky Lab”ın mütəxəssisləri tərəfindən aparılan gündəlik monitorinq xidmətinin bir hissəsi olaraq, təhlükələrlə bağlı qabaqcıl analizlərlə birləşdirilir ki, bu da real vaxtda mühüm informasiya sistemlərinə hücum edən məşhur və yeni taradılan kibercasus və kiberkriminal şirkətləri aşkar edə bilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275