BİZNES

TAP-a yeni direktor təyin olunub
20 SENTYABR
229

TAP-a yeni direktor təyin olunub

2016-09-20 15:09:00

Azərbaycan qazını Avropaya nəql edəcək Trans Adriatik Boru Kəməri konsorsiumu Ulrike Andresi TAP layihəsinin ticarət və xarici əlaqələr üzrə yeni direktoru təyin edib. Bu barədə konsorsiumdan məlumat verilib.

“U.Andres TAP-a təyin olunmazdan əvvəl isə o, xam nefti Avropanın 8 neft emal zavoduna nəql edən ən böyük boru kəməri şirkəti -“Transalpine Pipeline Group”da prezident və baş icraçı direktor vəzifəsində 5 ildən çox işləyib”, - deyə məlumatda deyilir.

Bundan başqa, U.Andres digər şirkətlərdə, həmçinin “Shell” və “SHV Holdings” şirkətlərində rəhbər vəzifələrdə çalışıb.

O, 2009-2011-ci illərdə Avropa LPG Assosiasiyasının prezidenti olub.

TAP-ın icraçı direktoru Yan Bredşou bu təyinatı müsbət qiymətləndirərək qeyd edib ki, U.Andres “Avropa enerji sənayesi barədə dərin biliklərə, o cümlədən, boru kəməri biznesi sahəsində zəngin təcrübəyə malikdir”.

Mənbə: İnterfaks-Azərbaycan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272