BİZNES

SOCAR Qaradağdakı layihəsini Çin investorlarına təklif edib
16 SENTYABR
373

SOCAR Qaradağdakı layihəsini Çin investorlarına təklif edib

2016-09-16 16:54:00

"Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaradağ rayonu ərazisində həyata keçirməyi planlaşdırdığı Neft-qaz emalı və Neft-kimya Kompleksinin (OGPC) inşası layihəsini həm maliyyələşdirmək, həm də layihədə səhmdar kimi iştirak etmək üçün Çin şirkət və banklarına təklif verilib".

Bunu SOCAR prezidenti Rövnəq Abdullayevjurnalistlərə açıqlamasında bildirib.

SOCAR rəhbəri qeyd edib ki, hazırda bu təklif üzərində iş görülür.

"Bilirsiniz ki, Çin Milli Neft Korporasiyası (CNPC) ilə SOCAR arasında memorandum imzalanıb. Hazırda bu layihə üçün Çin "Eximbank"ı, digər bankları və CNPC şirkəti ilə birlikdə işləyirik. Yəqin ki, tez zamanda danışıqlar nəticə verəcək. Düşünürük ki, Çin şirkətləri bu layihədə 50%-ə qədər payla səhmdar kimi iştirak etsin. Eyni zamanda, maliyyələşməni Çin dövlət "Eximbank"ı və Çin Bankı birlikdə həyata keçirsin", - deyə R.Abdullayev əlavə edib.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274