BİZNES

Ticarət Palatasına yeni sədr müavini gəldi
16 SENTYABR
1599

Ticarət Palatasına yeni sədr müavini gəldi

2016-09-16 14:49:00

1300 il əvvəl Çin imperiyasının əsasını qoyanlardan olan biri - məşhur Tanq xanədanı dövründə ipək yolu maşrutu üzrə ilk ticarət karvanının yola düşdüyü qədim tarixi məkanda – Çin Xalq Respublikasının Sian (Xi’an) şəhərində İpək Yolu Biznes Sammiti və İpək Yolu Beynəlxalq Ticarət Palatasının (SRCİC) Əməkdaşlıq, İnkişaf məsələləri üzrə Konfransı keçirilmişdir.

BMT təmsilçiləri, Çin hökumətinin yüksək ranqlı məmurları, xarici dövlətlərin ÇXR-dəki səfirləri, nazirlər, tanınmış beynəlxalq təşkilatların rəhbərləri, iqtisadçı alimlərin iştirakı ilə keçirilən bu sammitdə Azərbaycan Sahibkarlar Konfederasiyasının Baş katibinin müavini F.Hümbətov da iştirak etmişdir.

Sammitdən sonra 50-dən çox ölkənin rəsmi şəxslərinin, sahibkarlar birliklərinin, biznes icması nümayəndələri və araşdırmaçılarının iştirak etdiyi bu tədbirdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev yekdilliklə İpək Yolu Beynəlxalq Ticarət Palatasının sədrinin müavini seçilmişdir.

Tədbir zamanı ASK nümayəndəsi Çinin Şiansi bölgəsinin qubernatorunun müavini xanım Huanq, İpək Yolu Beynəlxalq Ticarət Palatasının rəhbəri cənab Lu Jianzonq, Palatanın Fəxri sədri Cemal İanişvili, Palatanın Loqistika Komitəsinin sədri Siddiq Xan, İsveçrə, Türkiyə, Rusiya, Ukrayna, Türkmənistan, Tacikistan, Qırğızıstan və digər ölkələrdən olan ticarət palataları, işəgötürənlər təşkilatlarının rəhbərləri ilə görüşlər keçirmişdir.

Konfransın əsas nəticəsi kimi İpək Yolu Beynəlxalq Ticarət Palatası nəzdində üzv qurumlar arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə müxtəlif formada işbirliyi platformunun yaradılması və vaxtaşırı görüşlərin, məsləhətləşmələrin keçirilməsi barədə razılıq əldə edilmişdir. Konkret olaraq, e-ticarətin müasir informasiya-texnoloji vasitələrlə inkişaf etdirmək məqsədilə e-Silkroad platformunun, İpək Yolu Beynəlxalq Araşdırma Assosiasiyasının, İpək Yolu Ticarət Ekpo Parkının, e-ticarət və transsərhəd ticarəti prinsipi əsasında İpək Yolu Beynəlxalq Əmtəə

Birjasının, Mədəniyyət Əsərlərinin Beynəlxalq Ticarəti Mərkəzinin yaradılması nəzərdə tutulmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272