BİZNES

“SOCAR-ı Londondan Bakıya gətirdik”
16 SENTYABR
508

“SOCAR-ı Londondan Bakıya gətirdik”

2016-09-16 14:15:00

“Biz istiqraz buraxılışdan sonra, SOCAR-ın səhm buraxılışına başlamasını gözləyirik”. Bunu SOCAR istiqrazlarının təqdimat mərasimində Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

“Yadımdadır, mən 5-6 il əvvəl Rövnəq müəllim ilə Azərbaycanın qiymətli kağızlar bazarı barədə fikir mübadiləsi aparırdım. Həmişə Azərbaycan bazarına yüksək təlabata malik alət təqdim etməyə çalışırdıq. Əlbəttə, ilk növbədə belə alət SOCAR-ın qiymətli kağızları ola bilərdi. Biz həmişə SOCAR-ı Londondan Bakıya gətirmək istəyirdik. Bildiyimiz kimi, SOCAR Londonda istiqraz buraxılışı həyata keçirmişdi. Şadam ki, bu gün illik 5% gəlirli, 100 milyon dollarlıq SOCAR istiqrazları buraxılır. Və beləliklə, biz SOCAR-ı Londondan Bakıya gətirməyə nail olduq”.

Rüfət Aslanlı qeyd edib ki, Palata bunun ardını gözləyir:

“SOCAR Azərbaycan iqtisadiyyatı üçün önəmli şirkətdir. Biz SOCAR-ın növbəti addımı olaraq, öz səhmlərini birja vasitəsilə kütləvi satışıa çıxarmasını gözləyirik”.

"Azərbaycan Rspublikası  Dövlət Neft Şirkəti (SOCAR) səhmlərini kütləvi tədavülə çıxarmaq niyyətində deyil", "Marja" xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayevə istinadən "Report" agentliyi yayıb.  

Şirkət rəhbəri qeyd edib ki, əgər gələcəkdə SOCAR səhm buraxsa belə, onları kütləvi tədavülə çıxarmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275