BİZNES

Antalyada 140 Azərbaycan şirkəti işləyir
14 SENTYABR
377

Antalyada 140 Azərbaycan şirkəti işləyir

2016-09-14 14:19:00
Hazırda Türkiyənin Antalya şəhərində 3 201 xarici sərmayəli şirkət fəaliyyət göstərir.
 
Fins.az APA-ya istinadən Antalyanın Ticarət və Sənaye Palatasının açıqladığı məlumatlara istinadən xəbər verir ki, xarici şirkətlərin fəaliyyət göstərdiyi əsas sektorlar turizm və kənd təsərrüfatıdır.
 
Açıqlanan rəqəmlərdən məlum olur ki, Antalyada 493 Rusiya, 438 Almaniya, 185 Hollandiya, 164 Səudiyyə Ərəbistanı, 142 Azərbaycan, 137 İngiltərə, 135 Fransa, 120 İran və 113 Qazaxıstan kapitalına malik olan şirkət fəaliyyətdədir.
 
Palatanın rəhbəri Davud Çetin bildirib ki, Antalyada son 1 ildə 316 birgə şirkət yaradılıb, 202 şirkət isə fəaliyyətini dayandırıb.
 
Qeyd edək ki, xarici investisiyalı şirkətlərin sayına görə Antalya İstanbuldan sonra ikinci yerdədir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272