BİZNES

Azərbaycanda qızıl hasilatının azalması proqnozlaşdırılır
14 SENTYABR
177

Azərbaycanda qızıl hasilatının azalması proqnozlaşdırılır

2016-09-14 09:49:00

Britaniyanın “Anglo Asian Mining” şirkəti (Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator - İF-Az) 2016-cı ilin yekunları üzrə Azərbaycanda 69-71 min unsiya qızıl hasilatına ümid edir. Bu barədə şirkətin məlumatında deyilir.

Öncə şirkət 2016-cı ildə Azərbaycanda 73-77 min unsiya qızıl hasil etməyi planlaşdırıb.

“Yeni proqnoza əsasən, 2016-cı ilin yekunları üzrə Azərbaycanda 69-71 min unsiya qızıl səviyyəsində hasilat gözlənilir (2015-ci illə müqayisədə azalma 1,4% - 4,3% - İF-Az). Bu, “Qədir” yatağının inkişafı işlərinin daha gec başlanması və tərkibində qızıl olan filizin emalı üzrə ikinci dəyirmanın istismara verilməsinin gecikdirilməsi ilə əlaqədardır. Bu da iyul və avqust aylarında qızıl istehsalında 2,779 min unsiya azalmaya səbəb olub”, - deyə məlumatda qeyd olunur.

Xəbər verildiyi kimi, 2015-ci ildə şirkət Azərbaycanın yataqlardan 72,032 min unsiya qızıl, 28,626 min unsiya gümüş, 969 ton bürünc hasil edib.

Xəbər verildiyi kimi, PSA tipli müqavilə 1997-ci il avqustun 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51% “Anglo Asian Mining PLc” şirkətinin payı 49% təşkil edir.

Müqaviləyə əsasən bu yataqlardan 400 ton qızıl, 2,5 min ton gümüş və 1,5 min ton mis çıxarılması nəzərdə tutulur.

“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. 2013-cü ilin sentyabr ayında şirkət “Qoşa” yatağının işlənilməsinə başlayıb. Həmçinin, 2015-ci ilin yayında şirkət “Qədir” yatağında qızıl hasilatına başlayıb.

Mənbə: “İnterfaks-Azərbaycan”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272