BİZNES

Tanınmış iş adamı Azərbaycandan gedir
12 SENTYABR
5915

Tanınmış iş adamı Azərbaycandan gedir

2016-09-12 02:01:00

Azərbaycanın tanınmış iş adamı, biznes məsləhətçisi və sığorta mütəxəssisi Xəyal Məmmədxanlı Azərbaycandan gedir. Fins.az xəbər verir ki, bu barədə “Ölkə.az” saytına açıqlamasında X.Məmmədxanlı özü məlumat verib.

O, Moskvaya köçməyi planlaşdırdığını söyləyib:

“Vəziyyət düzələnə qədər Azərbaycandan getmək istəyirəm. İnşallah, nə zamansa mənə tələb yaranarsa, o zaman qayıdaram. Ancaq artıq Bakı şəhəri, Mətbuat prospektində yerləşən binadakı 3 otaqlı, 146 kvadrat metr sahəsi olan evimi satışa çıxarmışam. Onu satmaq qərarına gəldim. Bina Nazirlər Kabinetinə məxsus evlərdir, keçmiş yuvelir zavodunun yerindədir. 1-2 ay ərzində təmirə başlamaq mümkün olacaq. Ev 19 cu (19/20) mərtəbədədir, dəniz panoraması var. Aldığım qiymətdən də xeyli ucuz satıram. Ev 10 illik, 10 faizlik, manatla ipotekadadır. Nağd və ya ipoteka ilə satış mümkündür”.
X.Məmmədxanlı evini atış qiymətinin 170 min manata olduğunu söyləyib:

“Ev hazırda bankda ipoteka kreditindədir. Qiymətdə güzəşt oluna bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271