BİZNES

Azərbaycan bu məhsullarla dünya bazarına çıxa bilər-SİYAHI
09 SENTYABR
658

Azərbaycan bu məhsullarla dünya bazarına çıxa bilər-SİYAHI

2016-09-09 12:29:00

Azərbaycan nar ixracı üzrə dünyada xüsusi rəqabətədavamlı ölkə kimi çıxış edə bilər. Fins.az xəbər verir ki, bu sözləri Ümumdünya Soyuducu Anbarlar Alyansının Beynəlxalq Proqramlar üzrə vitse-prezidenti Riçard Treysi deyib.

O bildirib ki, Azərbaycan dünyanın ən dadlı bir sıra məhsullarına malikdir. Azərbaycanın ABŞ və ya dünya bazarında rəqabətədavamlı məhsul ixrac etməsi üçün imkanları var.

R.Treysi qeyd edib ki, dünyada elə məhsullar var ki, onların rəqabətədavamlılığı qiymət əsasında yoxlanılır. Azərbaycanda kartof və pomidor bu tip məhsullardandır. Əgər bu məhsulları kifayət qədər yetişdirmək imkanı olsa Azərbaycan bu məhsullarla dünya bazarına çıxa bilər.

“Ancaq qeyd etməliyəm ki, sizin nar kimi məhsulda böyük üstünlüyünüz var. Dünyada bu məhsulun ixracı üzrə xüsusi bir rəqabətədavamlı ölkə kimi çıxış edə bilərsiniz”, - deyə R.Treysi vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271