BİZNES

Fermerlər subsidiyaları bu bankdan alacaqlar
09 SENTYABR
392

Fermerlər subsidiyaları bu bankdan alacaqlar

2016-09-09 09:49:00

Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyası 60 rayon (şəhər) üzrə 385247 istehsalçıya 1231262,24 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda, çəltik, pambıq və tütün əkininə görə 82372618,0 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edib.

Fins.az nazirliyin saytına istinadən xəbər verir ki, bu barədə komissiyanın sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev komissiyanın iclasında məlumat verib.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına həmin yardımın ödənilməsi məqsədilə müvafiq sənədlər Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti rayon (şəhər) kənd təsərrüfatı idarələrinə və rayon (şəhər) icra hakimiyyətlərinə göndərilib.

Eyni zamanda iclasda 4 satıcı təşkilat o cümlədən “Aqrolizinq” ASC, “Aqroline Group” MMC, “MKT İK” MMC, “EKO Trade” MMC tərəfindən 70 faiz güzəştlə 5019 nəfər kənd təsəfərrüfatı məhsullarının istehsalçılarına 46 074,25 hektara görə 9837056 kq mineral gübrə üçün 4281166,86 manatın, həmçinin 4 satıcı təşkilat o cümlədən “Aqrolizinq” ASC, “Aqrokimya” MMC, “EMA” MMC, “Aqrico” MMC tərəfindən 70 faiz güzəştlə 2413 nəfər kənd təsəfərrüfatı məhsullarının istehsalçılarına 35649,81 hektara görə 15905,22 kq pestisid üçün 347342,94 manatın dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə Respublika Komissiyası qərar qəbul edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275