BİZNES

"Ərəb turistləri Azərbaycanda biznes qurmaq istəyir" - SƏFİR
08 SENTYABR
326

"Ərəb turistləri Azərbaycanda biznes qurmaq istəyir" - SƏFİR

2016-09-08 11:49:00

"Mənim ötən ilin oktyabr ayında Azərbaycana səfir kimi gəldiyim ilk gündən ölkə məni öz səmimiliyi ilə valeh edib".

Bu barədə Azərbaycanın turizm potensialına həsr olunmuş məqalədə BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əhməd Hamil Əl-Qubaisi bildirib. 

Onun sözlərinə görə, Azərbaycanda ərəb turistlərinin sayının xeyli artması iki ölkə arasında səmərəli əməkdaşlıq və qardaş münasibətlərinin nəticəsidir: "Mən bura gələn turistlərlə söhbət edirəm. Əmirlik sakinləri səyahət etməyi sevirlər. Biz dünyanın bir çox yerlərində olmuşuq, lakin Azərbaycanın xüsusi yeri var". 

Səfir qeyd edib ki, ərəb turistlərinin arasında Azərbaycanda biznes qurmaq istəyən şəxslər də var: "Azərbaycan prezidenti İlham Əliyev tərəfindən  biznes üçün yaradılan şərait investorlar üçün əlverişlidir. BƏƏ-dən investorlar daha çox qeyri-neft sektoruna, xüsusilə kənd təsərrüfatı sahəsinə sərmayə qoyuluşunda maraqlıdır. BƏƏ-nin böyük hissəsi səhradır, Azərbaycan isə münbit torpaqlara malikdir".

Səfir, həmçinin vurğulayıb ki, Azərbaycan və BƏƏ arasında ticarət əlaqələrinin yüksək göstəricilərinin əldə olunması üçün səylərini əsirgəməyəcək: "Mən inanıram ki, Azərbaycan hökumətinin dəstəyi ilə biz yaxın zamanlarda yeni uğurlar qazanacağıq". 

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272