BİZNES

10 ilə sizi milyonçuya çevirə biləcək - 3 SƏHM
08 SENTYABR
4513

10 ilə sizi milyonçuya çevirə biləcək - 3 SƏHM

2016-09-08 10:55:00

“S&P 500” indeksinin gəlirləri belə bu qiymətli kağızlarla müqayisə oluna bilməz.

Bəziləri tez varlanmaq arzusu ilə sonsuz səhm alqı-satqı oyunu oynadığı zaman mövcud kapitallarını artıran real investorlar tam əks startegiya ilə hərəkət edirlər, uzun müddətli satınalma həyata keçirirlər. “S&P 500” indeksi son 10 ildə (bu müddət üçün ara-sıra dünyanın sonu və iqtisadi böhranlar xəbərlərinə baxmayaraq) 108% gəlir təmin edib.

“S&P 500” nəzarətində olan birja investisiya fonduna (ETF) yatırım etmək ən sadə investisiya strategiyasıdır. Yeri gəlmişkən bu formadan istifadə (inflyasiya düzəlişləri nəzərə alınaraq) illik 7% gəlir təmin edir.

Bütün bunlara baxmayaraq ümumi bazarı çox geridə qoyan, ayrı-ayrı səhmlər tapmaq mümkündür. Fins.az xarici mətbuata istinadən son 10 il üçün dividendlər daxil olmaqla 800% gəlir təmin etmiş (bu isə o deməkdir ki, ilkin 7 min dollar yatırım artıq 63 minə çevrilib) 3 növ qiymətli kağızları diqqətinizə çatdırır.

“Edwards Lifesciences”

Qrafik: “Edwards Lifesciences” və “S&P 500” indeksinin səhmlərinin 10 illik gəlirləri

Son 10 ildə “Edwards Lifesciences” səhmləri 930% gəlir gətirib. Şirkət 1960-cı ildə Maylz Edvardsın süni ürək klapanının ixtirası və onu ilk dəfə uğurla xəstəyə implantasiya etdiyi zamanda təsis olunub. Həmin gündən şirkət bu sahədə bir çox yeni nailiyyətlər əldə edib. 2000-ci ildə “Baxter International”-dan ayrılmasına baxmayaraq şirkət öz səhmdarlarına gəlir gətirməyə davam edib. Birjaya çıxdığı dövrdən bu günə qədər şirkət öz səhmdarlarına 3350% gəlir gəitirib. Bu ilin başlanğıcı üçün gəlir 48% təşkil edib.

Şirkətin bu günkü bazar qiymətini (25 milyard dollar) nəzərə alaraq, şirkətin öz səhmdarlarına yenidən 10 qat gəlir gətirəcəyini hesablamaq bir qədər çətindir, lakin şirkət hələdə genişlənir. Onun gəlirləri 2012-ci ildə 1.9 milyarddan, 31% artaraq, 2015-ci ildə 2.5 milyarda çatıb və bu dövr üçün səhm üzrə mənfəət 83% artıb. 2016-cı ilin nəticələrinin daha da yaxşı olacağı gözlənilir. Şirkətin menecerlərinin proqnozlarına görə illik satış və səhm üzrə mənfəət 20% və 24% artacaq. Aşağı borc yükü olan şirkət davamlı şəkildə genişlənir, onun məhsullarına isə dünya əhalisinin qocalmasını nəzərə alanda tələbat daha da artacaq. Buna görə də şübhəsiz qeyd edə bilərik ki, “Edwards Lifesciences”-ə yatırım uğurlu investisiyadır.

“Illumina”

Qrafik: “Illumina” və “S&P 500” indeksinin səhmlərinin 10 illik gəlirləri

“Illumina”-nın gəlirləri son 10 ildə 866% artıb. Bu şirkət də birjaya 2000-cı ildə, lakin “Edwards Lifesciences”-dan fərqli formada çıxıb. Həmin ildə ABŞ insan genomunun layihəsi üzrə işləri yekunlaşdırdığını bildirdi. Bu da şirkətin  kommersiya uğurunu təşkil edib. Bu gün “Illumina” öz sahəsinin bir mənalı lideridir, şirkət öz müştərilərinə ucuz formada DNT adıcıllığının oxunması xidməti təklif edir. Zamanın da “İnsan genomu” layihəsinin maliyyələşməsinə 3 milyard dollar xərclənib indi isə “Illumina” sizin DNT-zin tam ardıcıllığının oxunmasını cəmi 1-5 min dollara edəcək.

Şirkətin lider mövqeyində olduğu onun illik hesabatlarından bilinir. Şirkətin məhsulu olan DNT ardıcıllığı oxuyan cihaz – sekvenatorların satış göstəriciləri artır. 2012-ci ildən 2015-ci ilə qədər şirkətin gəliri 1.15-dən 2.22 milyard dollara çatıb. Bu isə 93% artım nəticəsi deməkdir. Şirkətin eyni vaxt müddətində səhm üzrə mənfəət göstəricisi isə 159%-ə çatıb. Genetik mühəndislik və bioəczaçılıq əsrinin inkişafını nəzərə alaraq deyə bilərik ki, yaxın gələcəkdə də “Illumina” artımı davam edəcək. Şirkətin menecerlərinin proqnozlarına görə gəlir və səhm üzrə mənfəət göstəricisi 12% artacaq. Şirkətin sonuncu rübdə gəlirlərinin 10% düşməsinə baxmayaraq, 25 milyardlıq potensialı onun uğuruna şübhə doğurmur. 

CF Industries”

Qrafik: “CF Industries” və “S&P 500” indeksinin səhmlərinin 10 illik gəlirləri

“CF Industries” gəlirləri son ildə 800% artıb. Yuxarıda göstərilmiş qrafikə dividendlər də daxildir. Qrafikdən eyni zamanda son kvartallarda gəlirin düşməsini də görmək olar. Gəlirlərin azalması bütün gübrə istehsalçılarında müşayət olunur.

Kənd təsərrüfatında istifadə olunan gübrələrin əsasını təşkil edən hər 3 maddələr antirekord vururlar. Buna səbəb bazarda tələbatdan artıq təklifin olması və taxıl qiymətlərinin düşməsi ilə əlaqədar fermerlər tərəfindən gübrə alışının azalmasıdır. Qrafikdə göründüyü kimi 2015-ci ildən bəri müşayət olunan azalma bu sənayenin tarixi minimumunda olduğunun sübutudur.

“CF Industries”ancaq azot gübrələrinin satışı ilə məşğuldur. Bunun nəticəsi olaraq keçən il ərzində onun səhmləri digər gübrə şirkətlərinə nisbətdə daha çox - 56% geriləyib. Səbəb nədir? Azot gübrə istehsalçıları bir qayda olaraq istehsallarını artırır və bu siyasəti çox guman 2017-ci ildə də davam etdirəcəklər. Bu baxımdan da “CF Industries” gəlirlərinin 2018-ci ildən tez artımını gözləmir.

Birməanlı şəkildə aydındır ki, bu gün bazarda mövcud vəziyyət əlverişili deyil, lakin azot gübrələrinin istehsalı sahəsinin aparıcı şirkətindən olması “CF Industries”-ə bu ağır günlərdə də gəlir qazanmağa imkan verir.

Şirkət 2012-ci ildə 6.1 milyard dollar gəlir və hər səhm üzrə 5.71 dollar artım haqqında xəbər verib. Şirkətin gəlir artımını bu günlərdə gözləmək lazım deyil, ancaq uzunmüddətli yatırım etməyi planlaşdıran investorlar bu şirkəti nəzərə ala bilərlər.

Nəticə:

Bu 3 şirkət bizə seçim etmək üçün çox az variant verir. Lakin onların misalında uğurlu investisiyanın bəzi əlamətlərini nəzərdən keçirmək mümkündür.

  •         İlk olaraq yuxarıda qeyd edilmiş qaydada böyük gəlir əldə etmək istəyirsinizsə davamlı “al-sat” oyunundan imtina etməlisiniz. Bu formada davam etsəniz çətin ki, 7 mini 63 min dollara çevirə biləsiniz.
  •         Qeyd olunmuş şirkətlərdən hər biri bu gün cəmiyyətə onların ehtiyac duyduğu məhsul və ya xidməti təklif edir. 10 il bundan öncə olduğu kimi bu gün də insanlara ürək klapanları, genetik tədqiqatlar və gübrələr lazımdır.
  •         Keçmişdə böyük artımlara baxmayaraq bu gün hər üç şirkətdən bir hissə alıb, saxlamaq mümkündür. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272