BİZNES

Azərbaycanda 4 yeni zavod açılacaq - AÇIQLAMA
07 SENTYABR
2734

Azərbaycanda 4 yeni zavod açılacaq - AÇIQLAMA

2016-09-07 17:39:00
Qazaxda yeni əhəng  zavodu tikilir. Zavodun sahibi olan "Mətanət A" şirkətinin ictimaiyyətlə əlaqələr  şöbəsindən fins.az-a verilən xəbərə görə, burada təqribən 250 nəfərin işlə təm in olun ması gözlənilir. 
 
“Mətanət A” şirkətinin Qazaxda hazırda tikintisi gedən Əhəng zavodu ölkəmizdəki sənaye müəssisələrini keyfiyyətli əhənglə təmin edəcək. Yeni zavod əhəngin idxalına təlabatı azaldacaq,  ölkəmizin ixrac potensialını artıracaq”.
 
Qeyd edək ki, zavodun illik istehsal gücü ildə 50 min ton olacaq. Qazax Əhəng zavodunun tikintisinə  təxminən 15 milyon manat investisiya cəlb edilib.
 
Şirkətdən bildiriblər ki, əhəng zavodundan başqa daha  3 zavodun tikintisi planlaşdırılır. Bunlar Alçıpan- Gips Karton, Zənginləşdirilmiş kvars qum və Mineral Yun zavodıarıdır.  
 
“Bütün bu layihələrin hər birində “Mətanət A” şirkətinin hədəfi ölkəmizi daha yüksək keyfiyyətli və rəqabətə davamlı tikinti materialları ilə təmin etmək, ekoloji sağlam və ən əsası idxaldan asılılığı azaldacaq ixrac əhəmiyyətli məhsullar istehsal etməkdir”.
 
Qeyd edək ki, yeni zavodların açılması ilə 1500 yeni və 500 mövsümi iş yerinin açılması nəzərdə tutulur. Bu müəssisələrin işə düşməsi ilə  Abşeron, Qaradağ, Qobustan, Daşkəsən, Goranboy və Qazax rayonlarında yardımçı istehsal sahələrinin də yaradılması gözlənilir.
 
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271