BİZNES

Daha  3 xarici şirkət Azərbaycanı tərk edir - SİYAHI
07 SENTYABR
1306

Daha  3 xarici şirkət Azərbaycanı tərk edir - SİYAHI

2016-09-07 10:37:00

Azərbaycanda fəaliyyət göstərən daha 3 xarici şirkətin nümayəndəliyi ləğv olunduğunu elan edib. Vergilər Nazirliyindən fins.az-a verilən məlumata görə, həmin şirkətlərin kreditorları öz tələblərini müvafiq ünvanlara bildirə bilərlər. 

Bağlayan şirkətlər bunlardır: 

 "China Geo-Engineering Corporation İnternational" MMC

"Cedberi CIS B.V."

"Elit" MMC 

Türk şirkəti olan  "Elit" MMC –nin kreditorları  tələblərini Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsi, mənzil 3 ünvanına bildirə bilərlər. 

"China Geo-Engineering Corporation İnternational" MMC-nin kreditorları isə tələblərini Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti,15, məhəllə 1212 ünvanına bildirə bilərlər.

Böyük Britaniyaya məxsus "Cedberi CIS B.V." şirkəti isə  kreditorlarına  2 ay ərzində vaxt verib. Onlar tələblərini Bakı şəhəri, Neftçilər prospekti 153, "Port Baku Towers" Biznes Mərkəzi (Cənub Qülləsi), 9-cu mərtəbə ünvanına bildirə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274