BİZNES

Nazirlər Kabinetinin səlahiyyəti ləğv edilib
06 SENTYABR
754

Nazirlər Kabinetinin səlahiyyəti ləğv edilib

2016-09-06 11:41:00

Prezident İlham Əliyev “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fins.az Oxu.az-a istinadən xəbər verir ki, dəyişikliklərə əsasən, fərmanın 3.2-ci bəndi ləğv edilir.

Həmin fərmanla təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nın 10-cu hissəsində “Azərbaycan Respublikasının Nazirlər Kabineti” sözləri “Azərbaycan Respublikasının Prezidenti” sözləri ilə əvəz edilir.

Bundan əvvəl həmin hissədə qeyd olunurdu ki, investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272