BİZNES

Cəmi 1 AZN investisiya etməklə - ŞƏXSİ İŞ
02 SENTYABR
586

Cəmi 1 AZN investisiya etməklə - ŞƏXSİ İŞ

2016-09-02 14:14:00

Azərbaycanın “GoldenPey” ASC yeni “Golden Agent” sistemini istifadəyə verib.

“Golden Agent” vasitəsilə İnternetin olduğu hər yerdən mobil, kommunal, TV, İnternet və digər ödənişləri edib, real pul qazanmaq mümkündür. İstər öz ödənişlərinizi, istərsə də digərlərinin ödənişlərini real pula çevirmək üçün qeydiyyatdan keçib, ödəməyə başlamaq tələb olunur.

QOŞULMA ŞƏRTLƏRİ

Qoşulma üçün ödəniş tələb olunmur. Aylıq xidmət haqqı isə cəmi 1 manat təşkil edir. Xüsusi Promo Kod olduğu halda və ya 30 gün üçün dövriyyəniz azı 1000 AZN olarsa (bank kredit ödənişlərini çıxmaq şərti ilə), növbəti ay üçün xidmət pulsuz olacaq..

İstifadə zamanı xüsusi proqram təminatı və ya avadanlıqlar lazım deyil. Kompüter və internetə çıxışınızın olması kifayətdir.

Heç bir hüquqi sənədləşmə aparılmır. Azərbaycan vətəndaşısınızsa, yalnız şəxsiyyət vəsiqəsini təqdim etməlisiniz.

“Golden Agent”in üstünlükləri aşağıdakılardır:

-Cəmi 1 AZN investisiya etməklə şəxsi iş,

-100-dən artıq xidmət üzrə ödəniş etmə,

-Həftənin 7 günü 24 saat istənilən yer və məkandan ödəniş etmə,

-Təhlükəsiz və etibarlı ödəniş sistemi,

-Dəvət edəcəyiniz digər agentlərə görə əlavə komissiya əldə etmə imkanı. Belə ki, hər istifadəçiyə qeydiyyatdan keçirildikdən sonra ona unikal kod verilir. Əgər yeni istifadəçi qeydiyyat zamanı sizin kodunuzu daxil etsə, o sizin referalınız olur. Sizin referallarınız ödəniş edərək qazandığı bonulsarın 10%-ni Siz əldə edirsiz.

-Təcrübəli Müştəri Xidmətinin daimi dəstəyi.

“Golden Agent”-də edəcəyiniz hər bir ödənişə sizə əlavə gəlir qazandırır. Kommisiyasız edəcəyiniz ödənişlərə görə qazandığınız bonusları, xidmətlərin ödənişi zamanı istifadə edə biləcəksiniz. Artıq ödənişləri sadəcə rahat və təhlükəsiz deyil, həm də gəlirli şəkildə etmək zamandır.

 Qazanacağınız bonus fazilərini aşağıdakı cədvəldən görmək olar.

“GoldenPay” sistemi vasitəsilə, Accessbank, Bank of Baku, Nikoil, Unibank, VTB Bank və Yapı Kredi Bank kreditlərini ödədikdə, əlavə olaraq heç bir kommisiya haqqı tutulmur. Digər bank kreditlərini ödədikdə isə ödəniş məbləğindən asılı olmayaraq, kommisiya haqqı cəmi 1 AZN təşkil edir.

“Golden Agent sistemi vasitəsilə, ödəmə yalnız aşağıda qeyd olunmuş bank kartları ilə mümkündür:
- UniBank 
- ExpressBank 
- DemirBank 
-NaxçivanBank 
-ZaminBank 
-ASB Bank 
-Kredo Bank 
-Azer Poçt
-Pasha Bank

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270